Tarix : 2009 Feb 10
Kod 10502

ABŞ AZADLIQ RADİOSUNU EFİRƏ QAYTARMAĞA ÇALIŞIR

ABŞ-ın Beynəlxalq Yayım Şurasının iki nümayəndəsi dünən Bakıya gəlib
Azərbaycan servisi/Aran Agentliyi
ABŞ-ın Beynəlxalq Yayım Şurasının iki nümayəndəsi dünən Bakıya gəlib. Bu gün qurumun daha bir nümayəndəsi onlara qoşulacaq. Onların səfərinin məqsədi Azərbaycan hökuməti ilə FM dalğalarda “Azadlıq” və “Amerikanın səsi” radiolarının verilişlərinin bərpası məsələsini müzakirə etməkdir. Bu barədə “Turan” agentliyinə ABŞ səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Terri Devidson bildirib.
Nümayəndə heyətinin konkret təklif və ideyalarının olub olmaması barədə suala cavabda Devidson bildirib ki, müəyyən təkliflər var və danışıqlar zamanı onları müzakirə etmək nəzərdə tutulub: “Biz yayımın əvvəlki şəkildə və həcmdə bərpa edilə biləcəyinə əsaslanırıq”. Eyni zamanda o, rəsmi Bakının belə danışıqlar aparmağa və mövcud problemləri müzakirə etməyə hazır olmasından məmnunluğunu ifadə edib.
Öz növbəsində, Prezident Aparatının ictimai-siyasi şöbəsindən “Turan”a bildiriblər ki, danışıqların yekunlarına görə hökumət Amerika tərəfin təkliflərini qiymətləndirəcək.
  • Yazılıb
  • da (də) 2009 Feb 10