İranın Kosmos Təşkilatının sədri Rza Təqipur deyib : Milli Ümid peykinin kosmosa buraxılması ilə İran kosmik klubuna qoşulub
İİR servisi/Aran Agentliyi
İranın Kosmos Təşkilatının sədri Rza Təqipur deyib : Milli Ümid peykinin kosmosa buraxılması ilə İran kosmik klubuna qoşulub .
əl-Ələm telekanalı ilə müsahibədə bu xəbərə münasibət bildirən Təqipur Səfir-2 raketi ilə bu peykin yer kürəsinin orbitə buraxılmasını İslam İctimaiyyəti üçün böyük bir nailiyyət adlandırıb .
O deyib ki , kosmik elmlərinin Qərbin inhisarçılığında olduğu və kosmik klubuna qoşulmağın yalnız bir neçə məlum ölkəyə aid olmasına baxmayaraq, İran bu kluba daxil oldu. Belə bir şəraitdə beynəlxalq ekspertlər İranın bu böyük nailiyyətini etiraf ediblər . Ümid peyki vasitəsi ilə informasiya mübadiləsinə nəzarət sisteminin iranlı ekspertlər tərəfindən idarə olunmasına münasibət bildirən hökumət rəsmisi sonra deyib : Elmi tədqiqatlar və sınaqlardan bir çoxunun icrası və dünyanın müxtəlif yerləri haqda informasiyalar toplamaq , habelə onları nəzərdə tutulmuş şəbəkələr üçün göndərmək bu milli peykin vəzifələrindəndir .
İİR bir həftə bundan öncə və İslam İnqilabının qələbəsinin 30-cu ildönümü ərəfəsində Ümid peyki adlı tədqiqat və rabitə peykini kosmosa buraxdı.