İran xalqı dünən 22 bəhmən həmrəylik nümayişində bir daha qəhrəmanlıq yaradaraq inqilabın nailiyyətlərini möhkəm müdafiə edib
İİR servisi/Aran Agentliyi
İran xalqı dünən 22 bəhmən həmrəylik nümayişində bir daha qəhrəmanlıq yaradaraq inqilabın nailiyyətlərini möhkəm müdafiə edib.
Əzəmətli İslam İnqilabının 30-cu ildönümündə Tehran əhalisindən savayı ölkənin digər ostanları da 22 bəhmən həmrəyliyi nümayişində möhtəşəm iştirak edərək dünya xalqlarına göstərdilər ki, İslami ölkənin başıucalığı üçün daim candan keçməyə və müqavimət göstərməyə hazırdırlar.
Bu gün 22 bəhmən həmrəylik nümayişində Şərqi və Qərbi Azərbaycan ostanlarının müxtəlif şəhərlərində də xalq kütlələri İslam İnqilabının amalları və şəhidlərlə əhd-peymanlarını təzələdilər.
Ölkənin digər ostanlarında və şəhərlərindəki qeyrətli xalq kütlələri də 22 bəhmən həmrəylik nümayişində geniş və möhtəşəm iştirak ilə bir daha İslam İnqilabı və prinsiplərini himayə ediblər.
Əzəmətli İslam İnqilabının 30-cu ildönümü münasibəti ilə keçirilən həmrəylik nümayişində 600 iranlı və 400 xarici jurnalist İran xalqının bu möhtəşəm həmrəyliyini dünya xalqlarına əks etdiriblər.