Azərbaycan servisi/Aran Agentliyi
“Sumqayıtelektrikşəbəkə” fevralın 16-sı saat 15:00-dan “Azərsu” SC-nin içməli su təchizatı müəssisələrinin enerji təchizatını kəsəcək.
“Sumqayıtelektrikşəbəkə” ASC -dən ANSPRESS-ə verilən məlumaat görə, buna səbəb "Azərsu" SC-nin istelak etdiyi elektrik enerjisinin dəyərinin xeyli hissəsini ödəməməsidir.
Elektrik enerjisindən istifadəyə görə “Azərsu” SC müəssisələrinin 2007-ci il ərzində 12 376,2 min manat, 2008-ci ildə 8 646,65 min manat, 2009-cu il yanvar ayında 510,16 min manat, ümumilikdə isə 1 oktyabr 2002-ci ildən 31 yanvar 2009-cu il tarixə kimi 47 101,64 min manat debitor borcu yaranıb.
“Son iki ildə dəfələrlə edilmiş müraciətlərimizə baxmayaraq, “Azərsu”nun müəssisələri tərəfindən istehlak olunmuş elektrik enerjisinin dəyərinin ödənişi istiqamətində heç bir tədbir görülməyib. Bunun nəticəsində, “Sumqayıtelektrikşəbəkə”nin fəaliyyətində böyük maliyyə çətinlikləri yaranıb”, – deyə “Sumqayıtelektrikşəbəkə” ASC-nin məlumatında bildirilir.
Məlumatda həmçinin qeyd olunur ki, Bakı, Sumqayıt və digər rayonlarda içməli və texniki su təchizatında yarana biləcək bütün problemlərə görə məsuliyyət “Azərsu” SC-nin üzərinə düşür.