Tarix : 2009 Feb 11
Kod 10547

İRAN XƏRCƏNG XƏSTƏLİYİNİN QARŞISINI ALAN DƏRMAN İSTEHSAL EDƏCƏK

İran Səhiyyə Naziri Köməkçilərindən Rəsul Dinarvənd, İranda xərçəng xəstəliyinin qarşısını almaq üçün dərman istehsalını edəcək fabrikin bu il ərzində fəaliyyətə keçəcəyini deyib
İİR servisi/Aran Agentliyi
İran Səhiyyə Naziri Köməkçilərindən Rəsul Dinarvənd, İranda xərçəng xəstəliyinin qarşısını almaq üçün dərman istehsalını edəcək fabrikin bu il ərzində fəaliyyətə keçəcəyini deyib.

İslam-Azerinin FHA-ya istinadlı xəbərinə görə, Doktor Rəsul Dinarvənd, İranlı elm adamlarının tapdığı dərman və tibb sahəsində əldə etdiyi müvəffəqiyyətləri açıqlayarkən, xərçəng xəstəliyinin qarşısını almaq üçün dərman istehsalının reallaşacağı fabrikin əvvəlində istehsal mərhələsində maliyyə problemləri yaşandığını amma problemlərin aradan qaldırılaraq fabrikin bu il fəaliyyətə keçəcəyini ifadə etdi.

Fabrikin milli bir dəyər olduğuna toxunan Dinarvənd, xərçənglə mübarizə və müalicə üçün idxal edilən dərmanların bu ilə qədər 150 milyard dollara çatdığını, bu dərmanların İranda çıxarılması halında əhəmiyyətli qənaətdə olacağını və kurs ehtiyatlarının qoruna biləcəyini bildirib.
 
  • Yazılıb
  • da (də) 2009 Feb 11