Tarix : 2009 Feb 12
Kod 10549

AYƏTULLAH XAMENEİ: ''QƏZZADA HƏQİQƏTƏN MÖCÜZƏLİ BİR HADİSƏ REALLAŞDI''

Sionist düşmən, Livandakı 33 günlük müharibədə əldə etdiyi təcrübələrə və zəif nöqtələrini araşdırmış olmasına baxmayaraq, Qəzza müharibəsində də hədəflərinə çata bilmədi
İİR servisi/Aran Agentliyi

İran İslam Respublikasının dini rəhbəri Ayətullah Seyyid Əli Xamenei, Fələstin İslami Cihad Hərəkatının baş katibi Ramazan Abdullah və onu müşayit edən heyəti ilə görüşündə, Qəzzada möcüzəvi bir hadisə reallaşdığını bildirib.

Bu barədə "Birlik-Azərbaycan" İA İrna-ya istinadən məlumat verir.

Ayətullah Xamenei bu görüşdə Qəzza xalqı və İslami Müqavimətin 22 günlük müharibədə qalib gəlməsi münasibəti ilə təbriklərini bildirərək, "Qəzzada həqiqətən möcüzəvi bir hadisə reallaşdı" deyə bildirib.

Ayətullah Seyyid Əli Xamenei, Qəzza müharibəsindəki qələbənin ilahi bir yardım və lütf olduğunu bildirərək "Qəzza xalqı bu müharibədə həqiqətən gözəl bir imtahan verdi və səhnəni idarə edənlərin də qəti rəftarları, yerində atılmış addım və birlikliləri sayəsində bu imtahandan üzü ağ çıxdılar" deyib .

Fələstin İslami Cihad Hərakatının baş katibi Ramazan Abdullah isə Qəzza müharibəsi haqda danışdıqdan sonra Ayətullah Xameneiyə xitabən bunları söyləyib: "Mən, Fələstin xalqı və müqavimət güclərinin təmsilçisi kimi şəxsən sizə və İran xalqına bizə göstərdiyiniz dəstəyə görə təşəkkürlərimi bildirirəm. Qəzza müharibəsindəki zəfər əslində elə İran xalqının zəfəridir. Sionist düşmən, Livandakı 33 günlük müharibədə əldə etdiyi təcrübələrə və zəif nöqtələrini araşdırmış olmasına baxmayaraq, Qəzza müharibəsində də hədəflərinə çata bilmədi"

  • Yazılıb
  • da (də) 2009 Feb 12