Gürcüstan müxalifətinin liderlərindən biri sayılan İosif Şatperaşvili Gürcüstan prezidentinin sirlərini mətbuata açıqlayıb
Gürcüstan servisi/Aran Agentliyi
Gürcüstan prezidenti Mixail Şaakaşvili ailəsi ilə birlikdə gəzintilərə 300 milyon dollar xərcləyib.
İslam-Azerinin dni.ru saytına istinadlı xəbərinə görə, Gürcüstan müxalifətinin liderlərindən biri sayılan İosif Şatperaşvili Gürcüstan prezidentinin sirlərini mətbuata açıqlayıb.
İosif Şatperaşvili bu barədə mətbuata: "Ölkədə qaçqınlar və kasıbların olmasına baxmayaraq Saakaşvili ailəsi 25 dekabrdan başlayaraq səyahətə çıxmışdır. Onlar məsələn, Saxaranı səyahət etmiş, Afrika qitəsini yeraltı gəmidə dövr etmişdirlər. Prezident həftədə 2 dəfə Fransanın ən bahalı sutkası 30 min avroluq 5-ci Qeorq hotelində öz vaxtını keçirir." -deyib.
"Vzqlyad" qəzetinin verdiyi xəbərə görə, prezidentin həyat yoldaşı Sandra Rulovs uşaqları və valideynləri ilə birlikdə bütün dünyanı səyahət etmişdir.