Azərbaycan servisi/Aran Agentliyi
Yazıçı: Rəhim Nikbəxt
Azərbaycan tarixi üzrə tədqiqatçı
Xülasə
Neçə il bundan öncə Qolqəşnədinin “ صبح الاعسی فی صناعة الانشاء ” adlı kitabının bir hissəsini Məhcubül Vəziri “ 9-cu (hicri)əsrdə İranın tarixi coğrafiya” adlı kitabında nəşr etdirib. 1 bu kitabda İranın müxtəlif ərazilərinin tarixi coğrafiyası haqqında maraqlı məlumatlar mövzuddur.
Bu kitab üç hissədən ibarətdir və Çingiz xanın övladları tərəfindən idarə olunan əraziləri izah edir.birinci hissə İran, İranın cənubi (Firat, İraq, xuzistan və Əhvaz, Fars, Kirman, Ləcistan və Roxəc), ikinci hissə İranın şimalı(Ərməniyə, Azərbaycan, Ərran, Cəbəl(Əcəm İraq), Diləm, Ceylo(Gilan), Təbəristan, Mazəndaran, Qums, Xurasan, Zabilistan, Qur).üçünçü hissə İranın məşhur çayları haqqındadır. başqa hissələrdə isə şəhərlərin məsafəsi izah edilib.
Giriş
Əbül Əbbas Əhməd ibn-i Əli ibn-i Əhməd ibn-i Əbdüllah Hab ibn-i Cəmal ibn-i Əbilyəmin Qolqəşnədini 756(h.q)-cı ildə Misrin kiçik şəhəri olan Qolqəşnədidə anadan olub.Əlzəhr və İskəndəriyədə təhsil aldıqdan sonra müctəhidlik dərəcəsinə nail olmuşdur.onun müxtəlif əsələrləri var, o cümlədən “الاعشی صبح”.bu əsəri Teymurun dövründə və 14 cilddə yazıb.Qolqəşnədin bu əsərdə elə alimlərin fikrinə müraciət edib ki, həmin alimlərdən heç bir əsəri əlimizə çatmayıb. Məhcubül Vəziri bu kitabın 4-cü cildini tərcümə və nəşr etdirib.
Bu dəyərli kitabın ikinci hissəsi, İranın şimali ərazisi Erməni, Azərbaycan, Ərran/Aran haqqındadır.
Ərran ya Aran İran tarixində mühüm əhəmiyyətə sahibdir.yüzlərlə farsdilli şair və yüzlərlə dini ruhani və minlərlə yazılmış İrani əsrlər bu ərazilərin əhəmiyyətini çoxaldıb. Cəmal Xəlil Şirvanının “نزهة المجالس”adlı kitabına giriş yazan Dr.Məhəmməd Əmin Riyahi Farsca şeirlərin özünə məxsus janrı, yəni Aranı janrı olduğunu qeyd edib.2
Burada 8 və 9(h.q)-əslərdə yazılmış tarixi kitabın bir hissəsini qeyd edirik.
§ İkinci hissə:iranın şimali ərzisi
İranın şimali ərazisi bir neçə bölgəyə(qitəyə)ayrılır:
Birinci bölgə(qitə):Erminiyə3 إرمِنِیَه = (Ermənistan)
Əlbələdan Təqvimində yazılıb:”Erminiyə və Ərran və Azərbaycan bir-birlərindən itaət etmədiklərinə görə bir ünvanda yazılıb.bu bölgələr qərbdən Roma sərhədinə və bir az adadan, cənubdan bir az adadan və İraq sərhədinə şərqdən Cil şəhərlərinə(=Gilan)və Deyləmdən Xəzər dənizinə kimi və şimaldan Qətəq şəhərlərinə kimidir.və Azərbaycanın özünə məxsus sərhədləri var.”Əlbələdan Təqviminin müəllifi yazıb:”şərqdən Cil şəhərləri(=Gilan)dir. şərq tərəfindən bütün sərhədləri Deyləm şəhərləri təşkil edib.cənubdan isə İraqdan Holvanın dalısı və adanın bir hissəsi”.” Məsalikül-Əbsar”da da belə yazılıb, ancaq bu şəhərin qərb sərhədini Ermən أرمن qeyd edib.ibni Hoqol yazıb:”Erminiyənin əksəriyyətini dağlar təşkil edib.”İbni Hoqol və Məhləbininin yazdığına görə bu şəhərin mərkəzi Dəbildir.”Əlmüştərək”də gəlib:”yeddi bölgənin(qitənin)4-cü bölgəsində yerləşib.” “Əlqanun”da yazılıb:”oranın uzunluğu 72 dərəcə və 40 dəqiqə və eni 38 dərəcədir.”
İbni Hoqol yazıb:”böyük şəhərdir və xristianları çoxdur.və məscidin kənarında xristianların kilsəsi var.” “Ələzizi”də yazılıb:mühüm və gözəl şəhərlərdən biridir və sultanın oturduğu yerdir.”və neçə şəhəri var:
Ərzəncanاَرزَنجان (=اَرزَنگان): 5-ci bölgədədir. “Ələtval”da yazılıb: “uzunluğu 63 dərəcə, və eni 39 dərəcə və 50 dəqiqədir.” İbni Səid yazıb:”bu şəhər Sivas və Ərzərumun arasında yerləşib və hər iki şəhərdən 40 fərsəx məsafəsi var.bu şəhərlə Ərzənin arası yaşıllıqdır.”bu şəhərin hakimi Misrin hakimi ilə məktublaşırdı.
Ərzən اَرزَن: Əlbələdan Təqvimində yazılıb:” Erminiyənin ətraf şəhərlərindən və 5-ci bölgədə yerləşib.”4
“Ələtval”da gəlib: “uzunluğu 65 dərəcə, və eni 38 dərəcə və 55 dəqiqədir.” Əlbələdan Təqvimində yazılıb: “bu şəhər Ərzərumdan başqadır.və Xilat şəhərindən üç gün məsafəsi var.” “Əlbab”ın müəllifi səhvən Diyarbəkr qeyd edib.ancaq düzgün variantı ikinci məqalədə yazılıb.buranın hakimi Misrin hakimi ilə məktublaşırdı.həmin məktublar kitabda veriləcək.
Bidlis5 بِدلیس: 4-cü bölgədə yerləşib. “Ələtval”da yazılıb: “uzunluğu 65 dərəcə, və eni 38 dərəcə və 30 dəqiqədir.” “Əlbələdan Təqvimi”ndə yazılıb: “ bu ölkənin bir sakini deyir ki, bu şəhər Miafareqin və Xilatın arasında yerləşib.dərələrin və dağların ortasında bağlar yerləşib.”Həmmən şəhərindən kiçikdir.İbn Hoqol yazıb:”kiçik və bolluq şəhərdir.şaxtalı və qarlı havası var.” buranın hakimi Misrin hakimi ilə məktublaşırdı. həmin məktublar kitabın “صبح الاعسی فی صناعة الانشاء ”4-cü məqaləsində veriləcək.
Əxlat أخلاط(=خلاط)6:5-ci bölgədə yerləşib.” Ələtval”da gəlib: “uzunluğu 65 dərəcə və 5 dəqiqə və eni 38 dərəcə və 20 dəqiqədir.”
Müəllif Əlbələdan Təqvimində bir sakin dediyini qeyd edib:”hamar ərazidə yerləşib və çoxlu bağları var və Dəmeşq kimi bir neçə bulağı var.bunlardan azı şəhərə axır.bu şəhərin böyüklüyü Dəmeşq qədərdir.və şəhərdən ətraf dağlara qədər 1 gün yoldur.havası şaxtalıdır.İbni Səid yazıb:”mühüm şəhəri Erminiyədir və məşhur şəhərdir.” İbn Hoqol yazıb:”abad və kiçik şəhərdir və bolluqdur.”
“Ələzizi”də yazılıb: “Bidlisə kimi yeddi fərsəxdir”.
XertBert خِرت بِرت:burada çoxlu qala mövcuddur.”Əlbələdan Təqvimində”yazılıb:”Erminiyə şəhərlərindən və Əxlatın yaxınlığındadır.” buranın hakimi Misrin hakimi ilə məktublaşırdı.
§ İkinci bölgə(qitə): Azərbaycan أذربیجان
İbni Hoqol yazıb:”bu bölgə dağlıqdır”. “Məsalikül Əbsar” yazıb:” 3-cü bölgənin mühüm şəhərlərindəndir.Çingiz xanın övladları tərəfindən idarə olunur və şəhərin üç mərkəzi var”
İlk Mərkəz: Ərdobil أردُبیل7
Yeddi bölgənin 4-cü bölgəsində yeləşib.”Əlqanun”da yazılıb: “uzunluğu 70 dərəcə və 50 dəqiqə və eni 38 dərəcədir.” “Əlbab”da gəlib:”şayəd onu Ərdəbil ibn Ərdəmini ibn Ləmti ibn Yunan inşa edib və bu şəhər ona nisbət verilib.” “Əloziri”də gəlib: “Azərbaycanın şimalında yerləşib və məhsuldar şəhərdir.iki fərsəxliyində uca dağ var və həmişə qarlıqdır.”Məhləbi yazıb:”sərt adamları var” Təbrizə qədər məsafəsi 25 fərsəxdir.”Məsalikül Əbsar”da yazılıb:”əhatə dairəsi 30 fərsəxdir.”İslam sədrləri orada yerləşib.
İkinci Mərkəz:Tibriz تِبرِیز
“Əlbab”da yazılıb:”xalq Turbuz توربز deyir.” 5-ci bölgəyə(qitəyə)aiddir.”Əlqanun”da yazılıb: “uzunluğu 73 dərəcə və eni 39 dərəcə 45 dəqiqədir.”İbn Səid yazıb: “bizim dövrümüzdə mərkəz Azərbaycan أذربیجان dır.”
“Əlbab”da yazılıb:”Azərbaycanın ən məşhur şəhəridir.və paytaxt Tatarların ixtiyarındadır. Sonra Sultaniyə(Zəncan)şəhərinə köçdülər.binaları kafel, əhəngdəndir.məktəbləri var və yaşıllıq və sulu ərazidir.” “Məsalikül Əbsar”ın müəllifi yazıb:”əsil xalqı var və bolluqdur.”və ardında yazıb:”o qədər də böyük şəhər deyil.axar suları və müxtəlif meyvələri var, ancaq çox deyil.xalqı o biri xalqlardan möhtəşəmdir.varlı əhalisi var.”
Bu şəhər İranın məşhur şəhəridir.və hər yerdən buraya gəlirlər.ticarətlə məşğul olurlar.əksəriyyəti varlıdır.qışlaqları olan Ərrcanaارّجان= اوجان yaxındır.Təbrizin şaxtalı havası var.və əksər hallarda(qışda)qar yağır.gəzinti yerləri yoxdur.şəhər qaranlıqdır, yalnız evləri işıqlıdır.
Üçüncü Mərkəz: Soltaniyyə=Zəncan سُلطانِیّه = زنجان
Soltaniyyə şəhərini Qonğəlan(Ərğun xan)sultanına nisbət verilib.5-ci bölgədə(qitədə)yerləşib və uzunluğu 76 dərəcə və eni 39 dərəcə 45 dəqiqədir.Təvrizdən=Təbrizdən şərqə tərəf bir az cənuba doğru məsafəsi 8 gündür.yeni şəhərdir.və buranı Xirbənd ibn Ərğun ibn İğa ibn Həlaku/Xudabəndə Gilan dağlarının yaxınlığında və bu dağlardan bir gün məsafədə inşa edilib.bu şəhərin hamar ərazisi var və yeraltısulardan suyu təmin olur.bağları və meyvələri azdır və meyvəni yaxın şəhərlərdən gətirirlər.”Məsalikül Əbsar”da yazılıb:”uca binaları var.və yaxşı bazarları var.şəhərin hakimi bütün ölkədəki xalqı buraya dəvət edib.indi bu şəhər abad və sıx əhalisi var .”buranın başqa şəhərləri də var:
Səlmas:4-cü bölgəyə aiddir.”Əlqanun”da yazılıb:” uzunluğu 73 dərəcə və eni 38 dərəcə 25 dəqiqədir.” Məhəlləbi yazıb:”qərbdən Azərbaycanın son sərhədlərində yerləşib.mühüm şəhərlərdən biridir və bazarı şəhərə birləşib.”
Xoy: 4-cü bölgəyə aiddir.”Ələtval”da yazılıb:” uzunluğu 69 dərəcə və 40 dəqiqə və eni 30 dərəcə 40 dəqiqədir.”
“Əlbab”da yazılıb:Azərbaycanın sonuncu şəhərləridir.və Səlmasla məsafəsi 21 mildir.”
Urmiyə اُرمِیّه:
4-cü bölgədə yerləşib.”Əlqanun”da yazılıb: ” uzunluğu 73 dərəcə və 20 dəqiqə, eni isə 37 dərəcədir.”Məhləbi yazıb:”Azərbaycanın son sərhədidir və mühüm şəhərdir.”o yazıb:”Zəradəşt(Zərdüşt)peyğəmbəri bu şəhərdəndir.” “Əlbələdan Təqvimi” bir sakinin sözünü əks etdirib:”abad və orta şəhərdir.əvvəldə dağlar8 və sonunda vətən وطا Salmasın qərbində və 16 fərsəxliyindədir.və adanın mərkəzi olan Moseldən 40 fərsəx məsafəsi var.Urmiyədə Təla adlı bir qala var.Həlakuxan sərvətini bu qalada saxlamışdır. Urmiyənin adı Urməvi اُرمَویadına bağlıdır.
Marağa:
4-cü bölgədə yerləşib. “ Əlqanun”da yazılıb: ” uzunluğu 73 dərəcə və 10 dəqiqə, eni isə 73 dərəcə və 20 dəqiqədir.”Məhləbi yazıb:”yeni şəhərdir.bundan öncə bir kənd idi və əhali mal-qara otarırdı. Mərvan ibn Məhəmməd buraya gəldi və şəhərə çevirdi və adını Marağa qoydu.” İbn Hoqol yazıb:”Azərbaycanın mərkəzlərindən və möhkəm9 şəhərdir.bağ-bağatlıdır və kəndləri çoxdur.”
Məyanəc/ Miyana مَیَانَج (= میانه):
4-cü bölgədə yerləşib. “ Əlqanun”da yazılıb: ” uzunluğu 73 dərəcə və eni 37 dərəcədir.” “Əlmüştərək”də yazılıb:”böyük şəhərdir.Marağaya qədər 2 gün yoldur.” “Əlbab”da yazılıb:”Təbrizin kəndlərindəndir.bir az şimala doğru və bu şəhərin şərqində yerləşib”. Məhləbi yazıb:”Tədmordan تدمر14 fərsəx məsafəsi var.”
“Əlbələdan Təqvimi”ndə yazılıb:”hər kəs bu şəhəri görür, deyir ki şəhərdə bulaq və bağ çoxdur.”
§ Üçüncü Bölgə(Qitə):Aran
Aranın iki mərkəzi var:
Birinci Mərkəz:Bərdə
5-ci bölgədədir.”Əlqanun”da yazılıb: ” uzunluğu 73 dərəcə və eni 63 dərəcədir.” Əlbələdan Təqvimində yazılıb:”Aranın mərkəzidir.” Əlbabda yazılıb:”Azərbaycanın uzaq şəhəridir.” İbn Hoqol yazıb:”Böyük şəhərdir və bağ-bağatı çoxdur.1 fərsəxliyində Əndrab10اندراب var və burada çoxlu bağ və meyvələr mövcuddur.” Əlmövəyed Əmir Həmən yazıb:”bu vəziyyət ibn Hoqol dövründə idi.ancaq mənim dövründə kimsə oranın viran olduğunu söylədi.hamar ərazisi var, çoxlu bağı var və Kür çayının yaxınlığındadır.”
İkinci Mərkəz:Təflis تَفلِیس
5-ci bölgəyə aiddir.”Əlqanun”da yazılıb:Gürcüstana tabedir”. “Əlbab”da yazılıb:”Azərbaycanın sonuncu şəhəridir.”.ibn Hoqol yazıb:”şəhərdə iki hisar və üç darvaza var.hamamları Təbəriyyə(Filistin)dəki hamamlara bənzəyir.odsuz hamamın suları istidir.”İbn Səid yazıb:”müsəlmanlar şəhəri fəth etdilər.və orada yaşadılar.bəzi alimlər həmin şəhərdəndirlər.sonra xristian Gürcülər şəhəri fəth etdilər.və indiyə kimi Gürcülərin ixtiyarındadır.şəhərin hakimi Misrin hakimi ilə məktublaşırdı. həmin məktublar kitabın “صبح الاعسی فی صناعة الانشاء ”4-cü məqaləsində veriləcək.bir neçə şəhəri var:
Nəşəvi نَشَوی:
İbn Səid bu şəhəri Nəqcəvan نقجوان/ Naxcavan adlandırmışdır.4-cü bölgəyə aiddir.”Ələtval”da yazılıb:” uzunluğu 71 dərəcə və 30 dəqiqə, eni isə 39 dərəcədir.”ibn Səid yazıb:”inkişaf etmiş şəhərlərin içərisində Aranın adı da qeyd olunub.” Səmani yazıb:”Erminiyə və Azərbaycana bağlı bir şəhərdir.” ibn Səid yazıb: Kur çayının şimalında yerləşib.” “Ələnsab”da yazılıb: “Təbrizə kimi 6 fərsəxdir.” ibn Səid yazıb:”tatarlar şəhəri viran etdilər və əhalini öldürdülər.”
Moqan/ Muğan مُوقَان:
Xalq Muğan deyir.”Ələtval”da yazılıb:” uzunluğu 73 dərəcə və eni 38 dərəcədir.” Səmani yazıb:” Fikrimcə, Dərbəndə tabedir.”Məhləbi yazıb:”Ərdəbilə tabedir.”və ardınca yazıb:”Muğan Gilanın qərbindədir.”ibn Hoqol yazıb:”Babul Əlbaba qədər iki gün yoldur.” “Əlbələdan Təqvimi”ndə yazılıb:”bu dövürdə Muqan şəhəri məşhur deyil, bəlkə torpağı məşhurdur.dənizə yaxındır.suyu boldur.Tibərin تِبر şimal və qərbində yerləşib.çox vaxt qış aylarında tatarlar buraya gəlirlər.”
Şəmkur شَمکُور:
5-ci bölgəyə aiddir. “Ələtval”da yazılıb:” uzunluğu 72 dərəcə və eni isə 41 dərəcə və 50 dəqiqədir.” Əlbabda yazılıb:”Arana tabe bir qaladır.” Əlbələdan Təqvimində yazılıb:”Şəmkur Bərdənin yaxınlığındadır və uca minarələri var.”
Bəyləqan بَیلَقَان:
“ Əlqanun”da yazılıb: ” uzunluğu 64 dərəcə, eni 39 dərəcə və 50 dəqiqədir”.Şirvana yaxındır.şayəd bu şəhəri Beyləqan ibn Ermini ibn Ləmti ibn Yunan inşa edib.və ona nisbət verilib.”Əlbab”da yazılıb: “Xəzran Dərbəndində bir şəhərdir.” “Əlmüştərək”də yazılıb: “məşhur şəhərlərdəndir.” ibn Hoqol isə yazıb:” şəhər bolluqdur.”
Kəncə کَنجَه /Gəncə:
5-ci bölgəyə aiddir.və uzunluğu 74 dərəcə və eni 43 dərəcə və 10 dəqiqədir.”Əlmüştərək”də yazılıb:”Aranın məşhur şəhərlərindəndir.” Əlmovəyed Əmir Həmən yazıb:”orada yaşayan bir şəxs mənə xəbər verdi ki, Bərdənin iki fərsəxliyində və bir az şimala doğru qərbdə yerləşib və Kəncə oranın qəsəbəsidir.hamar ərazisi var, bağ-bağatı və ənciri çoxdur.”
Şirvan:
5-ci bölgəyə aiddir.ibn Səid yazıb:” uzunluğu 68 dərəcə və 56 dəqiqə, eni 41 dərəcə və 43 dəqiqədir”. “Əlbab”da yazılıb:”bu şəhəri Ənüşirəvan inşa edib.sonra qısa tələffüz etmək üçün “an”çıxarıldı.və Şirvan sözü qaldı.” ƏbüSəid yazıb:” Aranın bir hissəsi və bölgənin mərkəzidir.bu bölgə Azərbaycana əlavədir.məşhur Dərbənd Şirvanda yerləşib.”Həmənin hakimi İmadəddin yazıb:”bizim dövrümüzdə Dərbənd Babul Hədidəyə məşhurdur.” İbn Əsir yazıb:”bu şəhərin alimi çoxdur.”
BabulƏlbab:
“Əlqanun”da yazılıb:”bu şəhər Xəzran Dərbəndinə məşhurdur.” “Əlbələdan Təqvimi”ndə yazılıb: ”bizim dövrümüzdə Babul Hədidəyə məşhurdur.”ibn Hoqol yazıb:”Təbəristan dənizinə yaxın və Ərdəbildən kiçikdir.əkin çoxdur, amma meyvə azdır.başqa bölgələrdən oraya meyvə gəlir.”və “Xəzər limanı, Sərir və başqa yerlər kafirdir, həmçinin Corcan(Qorqan) limanı, Deyləm, və Təbəristan.incə malları oraya gətirirlər.”
“Əlbələdan Təqvimi”ndə yazılıb:”bu xüsusiyyətlər ibn Hoqolun dövrünə aiddir.ancaq bir nəfərdən eşitmişəm ki, Babul Hədid bir qəsəbədir və kəndə bənzəyir.bu şəhər Xəzər dənizinin kənarındadır. şimalı Tatarlar və cənubi tatarlar arasında bir sərhəddir.” şəhərin hakimi Misrin hakimi ilə məktublaşırdı. həmin məktublar kitabın “صبح الاعسی فی صناعة الانشاء ”4-cü məqaləsində veriləcək.
Çıxarışlar
1. تهران/ مرکز اسناد و تاریخ دیپلماسی / 1380/ صفحه 124
2. مقدمه مفصل دکتر محمد امین ریاحی برکتاب نزهة المجالس/ تهران/ انتشارات زوا/ 1366/ bu kitabda 290 farsdilli şairin yaradıcılığı araşdırılıb, onların əksəriyyəti Arandandır.5-ci əsrdən 7-ci əsrə kimi aiddir.
3. Yaqut Həməvi (اِ ) və Əlbab kitabında ( اَ) yazılıb.
4. Əlbələdan Təqvimində bu ərazi 4-cü bölgənin(qitənin)sonunda qeyd edilib.
5. Bəziləri Bədlis qeyd edib.
6. Yaqut Həməvi bu sözü (خِ ) qeyd edib.
7. Bu kitabda və Əlbəldan Təqvimində (دُ) qeyd edilib.ancaq (دَ) olmalıdır və Yaqut Həməvi bu formada qeyd edib.
8. Əlbələdan Təqvimində belə yazılıb:” axırda dağlar və birinci vətən وطا və əcəm dağların arxasında yerləşib.”
9. Əlbələdan Təqvimində حصینه= مستحکم yerinə خصبه= بارور yazılıb.
10.Mətnin pozulmasına görə Əlbələdan Təqvimindən əlavə edilib.