Tehranın bu həftəki cümə namazı xitabəçisi Ayət. Əhməd Cənnəti möhtəşəm 22 Bəhmən yürüşünü düşmənlərin məlum hədəfinə möhkəm cavab adlandırıb
İİR servisi/Aran Agentliyi
Tehranın bu həftəki cümə namazı xitabəçisi Ayət. Əhməd Cənnəti möhtəşəm 22 Bəhmən yürüşünü düşmənlərin məlum hədəfinə möhkəm cavab adlandırıb. Ayət. Əhməd Cənnəti, Tehranın bu həftəki cümə namazı xütbələrində ölkə xalqının möhtəşəm 22 Bəhmən yürüşünü İslam İnqilabı düşmənlərinin İranın İslam İnqilabını sakit devirmə palanına möhkəm bir cabab adlandırıb.
Tehranın bu həftəki cümə namazının xitabətçisi ölkə xalqının əzəmətli islam inqilabının 30-cu ildönümü münasibəti ilə təşkil etdiyi möhtəşəm 22 Bəhmən həmrəylik nümayişini yüksək qiymətləndirərək deyib: Xalqın səhnədə geniş iştirakı, düşmənlərin İslam İnqilabını sakit devirmə planına möhkəm bir cavabdır. Zira bu geniş iştirak İran xalqının İnqilab və İslam R. quruluşuna sadiq qalmasını göstərir.
Ayət. Cənnəti çıxışının digər bir hissəsində ölkə xalqını və iranlı mütəfəkkirləri Ümid peykinin yerin orbitinə uğurla buraxılması münasibətilə təbrik edərək, onu ABŞ və Sionist rejimə böyük bir zərbə adlandırıb.
Ayət. Cənnətinin sözlərinə görə, İran İslam İnqilabı "Böyük İran və İslam Mədəniyyətinin" formalaşdırılmasını qarşıya məqsəd qoyub ki, ona uyğun olaraq müstəmləkəçi və imperialist dövlətlərin cinayətlərinin qarşısının alınmasına səy göstərilsin.
Tehranın bu həftəki cümə namazının xitabətçisi habelə Sionist rejimin istefaya çıxmış baş naziri Ehud Olmertin "Sionist rejim İranın nüvə texnologiyasına malik olmasına imkan verməyəcək" ifadəsinə işarə edərək deyib: Bu qanunsuz rejim məhv olmaqdadır.Elə buna görə də, kiçik Qəzzə bölgəsində fələstinliləri yatırda bilmədi.Ondan qabaq isə, Livan Hizbullahının müqaviməti qarşısında məğlubiyyətə uğramışdı.