dünən İranın Xarici İşlər naziri Manuçehr Müttəki İraqdakı səfəri çərçivəsində Nəcəf şəhərinə gəlib
  ./Aran Agentliyi 
İranın Xarici İşlər naziri Ayətullah Sistaninin qəbulunda olub.
 
İslam-Azeri-nin Mehr Nyusa istinadlı xəbərinə görə dünən İranın Xarici İşlər naziri Manuçehr Müttəki İraqdakı səfəri çərçivəsində Nəcəf şəhərinə gəlib.
 
Həzrət Əli (ə)-ın mübarək ziyarətgahını ziyarət etdikdən sonra o, İraqın ən böyük dini alimlərindən, mərcei təqlid müctehidi Ayətullah Sistaninin qəbulunda olub.
 
İslam İnqilabının 30-cu ildönümü münasibətilə təbriklərini önə çəkən Ayətullah Sistani: "İran xalqının və bütün İslam ümmətinin müvəffəq olması üçün həmişə dua edirəm"-deyib.
 
Bu görüş haqqında ətraflı məlumat isə verilməyib.