Türkiyənin baş naziri Ərdoğanın Peresə qarşı sərt çıxış edərək onu beynəlxalq aləmdə rüsvay etməsinin yaralarını hələ İsrail rəsmiləri unutmayıblar
Türkiyə servisi /Aran Agentliyi
İsrail ilə Türkiyənin arasındakı soyuqluq hələ davam etməkdədir.
İslam-Azeri-nin Türkiyə KİV-lərinə istinadlı xəbərinə görə Türkiyənin baş naziri Ərdoğanın Peresə qarşı sərt çıxış edərək onu beynəlxalq aləmdə rüsvay etməsinin yaralarını hələ İsrail rəsmiləri unutmayıblar.
Belə ki, dünən ABŞ, Almaniya, İsveç və Braziliyadan yüksək rütbəli zabitlərin qatıldığı "Hərbi psixologiya" konfransında çıxış edən İsrailin Quru qoşunlarının komandiri General Aluf Avi Mizrahi Ərdoğanı sərt tənqid edib.
O, Ərdoğanın Peresə: "Siz öldürməyi yaxşı bacarırsız"c sözlərini diqqətə çəkərək: "Ərdoğan bu sözləri deməmişdən qabaq bir güzgüyə baxsın"-deyərək qondarma erməni soyqırımını və kürdlərə qarşı təzyiqlərin bu günə kimi davam etdiyini bildirib.
İsraili Fələstin torpaqlarını işğal etməsinə də sərt etiraz edən İsrailli general: "Türkiyə on illərdir Kiprin bir hissəsini işağl edib"-dedi.