Tarix : 2009 Feb 14
Kod 10612

XAÇMAZDA QƏDİM MƏSCİD BİNASI UÇUB

Hadisəyə səbəb son günlər yağan intensiv yağışlar olub
Azərbaycan servisi/Aran Agentliyi

Xaçmaz rayonunun Pərdiqıran kəndində köhnə məscid binası uçub. ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, hadisəyə səbəb son günlər yağan intensiv yağışlar olub.

Belə ki, əvvəl binanın bir hissəsi uçub, fevralın 14-nə keçən gecə isə tikili tamamilə çöküb. Kənd sakinləri bildiriblər ki, məscid 19-cu əsrin ortalarında tikilib. Sovet dövründə tikili məktəb kimi istifadə olunub. Bina qəza vəziyyətində olduğundan son iki ildir istifadəsiz qalıb. Buna baxmayaraq sakinlər məsciddə dini abidə kimi daim təmizləmə işləri aparıblar.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Hadisə barədə Xaçmaz rayon Fövqaladə Hallar Komissiyasına məlumat verilib. Rayon Fövqaladə Hallar Komissiyasının sədri Asif Mərdanov məscidin yenidən tikilməli olduğunu və bunun kənd bələdiyyəsi tərəfindən həyata keçiriləcəyini bildirib.

  • Yazılıb
  • da (də) 2009 Feb 14