Tarix : 2009 Feb 14
Kod 10614

ŞAİRLƏ VİDA MƏRASİMİ

Dünən Bakı Dövlət Universitetində xalq şairi Bəxtiyar Vahabzadə ilə vida mərasimi keçirilib
Azərbaycan servisi/Aran Agentliyi

Dünən Bakı Dövlət Universitetində xalq şairi Bəxtiyar Vahabzadə ilə vida mərasimi keçirilib.

APA-nın vida mərasimini izləyən əməkdaşının xəbərinə görə, mərasimdə Azərbaycan prezidenti İlham Əliyev, dövlət və hökumət rəsmiləri, millət vəkilləri, ədəbiyyat, mədəniyyət, incəsənət xadimləri, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər. Dövlət başçısı mərhumun ailə üzvlərinə başsağlığı verib. Vida mərasimində təhsil naziri Misir Mərdanov, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, Milli Məclisin mədəniyyət məsələləri daimi komissiyasının sədri Nizami Cəfərov və xalq şairi Zəlimxan Yaqub çıxış ediblər. Onlar Bəxtiyar Vahabzadənin keçdiyi ömür yolundan, milli-vətənpərvərlik ruhunda yazdığı əsərlərdən, Azərbaycan milli azadlıq hərəkatında oynadığı roldan, ziyalı və ictimai xadim kimi göstərdiyi xidmətlərdən danışıblar. Saat 13.00-da başlayan mərasim saat 15.00-da başa çatıb. Xalq şairi Fəxri Xiyabanda dəfn olunub.

Qeyd edək ki, B. Vahabzadə uzun sürən xəstəlikdən sonra dünən 84 yaşında vəfat edib.

  • Yazılıb
  • da (də) 2009 Feb 14