Tarix : 2009 Feb 14
Kod 10616

TÜRKİYƏDƏN İSRAİLƏ NOTA

İsrailin Türkiyədəki səfiri Qabriel Levi Türkiyə Xarici İşlər nazirliyinə çağırılmış rəsmi olaraq nota ona təqdim edilmişdir
Türkiyə servisi/Aran Agentliyi
Türkiyə İsrailə nota verib.

İslam-Azeri-nin Türkiyə KİV-lərinə istinadlı xəbərinə görə

ABŞ, Almaniya, İsveç və Braziliyadan yüksək rütbəli zabitlərin qatıldığı "Hərbi psixologiya" konfransında çıxış edən İsrailin Quru qoşunlarının komandiri General Aluf Avi Mizrahi Ərdoğanı sərt tənqid etməsinə görə Türkiyə höküməti İsrailə sərt nota verib.

İsrailin Türkiyədəki səfiri Qabriel Levi Türkiyə Xarici İşlər nazirliyinə çağırılmış rəsmi olaraq nota ona təqdim edilmişdir.

Notada: ''Hər cür diplomatik qaydalara, tarixi və aktual gerçəkliklərə zidd ifadələr ehtiva edən şərh, hörmətli Baş nazirimizə və ölkəmizə istiqamətli qəbul edilə bilməz ittihamlar və boş sözlərə görə rəsmi olaraq bir nota təqdim edilərək etiraz edilmişdir. Ayrıca söz mövzusu bəyanların əsassız və qəbul edilə bilməzliyi vurğulanaraq, bu vəziyyət haqqında İsrail rəsmilərindən təcili olaraq izahat istənmişdir"-cümlələri önə çəkilib.

Türkiyənin Qərargah rəisi də bununla bağlı bir açıqlama edərək İsrail ilə hərbi əlaqələrin olduğunu bilən İsrailli generalın açıqlama verməsini tələb edib.
  • Yazılıb
  • da (də) 2009 Feb 14