Tarix : 2009 Feb 15
Kod 10617

AİP ƏRBƏİN TƏDBİRİ TƏŞKİL EDİB

dünən Azərbaycan İslam Partiyası Maştağanın Karvan restoranında Ərbəin məclisi təşkil edib
Azərbaycan servisi/Aran Agentliyi

Dünən Maştağada Ərbəin məclisi keçirilib.

İslam-Azeri-nin məlumatına görə dünən Azərbaycan İslam Partiyası Maştağanın Karvan restoranında Ərbəin məclisi təşkil edib.

Tədbirdə şəhər ətrafı kənd və qəsəbələrin dindarları, o cümlədən İslam partiyasının üzvləri və digər təşkilatlardan qonaqlar iştirak edib.

Bu tədbirin açılışını Fəcr surəsinin tilavəti ilə Hacı Ruslan edib.

Daha sonra Azərbaycan İslam Partiyasının sədri Hacı Möhsin Səmədov İmam Huseynin ərbəini münasibətilə başsağlığı vermiş, həmçinin Kərbəla vaqiəsindən bəhs etmişdir.

Daha sonra ozaxan Kərbəlayi Hikmətə mədhiyyə və qəzəlləri ilə məclisi feyziyab edib.

Tədbirdə həmçinin ilahiyatçı Mir Nağı, Azərbaycan İslam Partiyasının sabiq sədri Hacı Hacıağa Nuri də çıxış etmişdirlər.

Məclisin sonunda ehsan süfrəsi qurulmuşdur.

  • Yazılıb
  • da (də) 2009 Feb 15