Tarix : 2009 Feb 15
Kod 10633

İSRAİL TÜRKİYƏ QARŞISINDA GERİ ADDIM ATDI

İsrailin Quru qoşunlarının komandiri General Aluf Avi Mizrahi Ərdoğanı sərt tənqid etməsinə görə Türkiyə höküməti İsrailə sərt nota verməsindən sonra İsrail cavab verib
Türkiyə servisi/Aran Agentliyi
İsrail Türkiyə qarşısında geri addım atdı.

İslam-Azeri-nin Türkiyə KİV-lərinə istinadlı xəbərinə görə İsrailin Quru qoşunlarının komandiri General Aluf Avi Mizrahi Ərdoğanı sərt tənqid etməsinə görə Türkiyə höküməti İsrailə sərt nota verməsindən sonra İsrail cavab verib.

İsrail Ordusunun sözcülüyündən verilən məlumata görə: " İsrailin Quru qoşunlarının komandiri General Aluf Avi Mizrahinin çıxışı İsrail ordusunun sözü deyil, onun öz şəxsi fikirləridir".

Bu cür açıqlamanı İsrail XİN-nin sözcülüyüdə verərək, İsrailin Quru qoşunlarının komandiri General Aluf Avi Mizrahinin çıxışını İsrailin rəsmi sözləri olmadığını bildirib.

Diqqətinizə çatdıraq ki, "Hərbi psixologiya" konfransında çıxış edən İsrailin Quru qoşunlarının komandiri General Aluf Avi Mizrahi Ərdoğanı sərt tənqid etmişdi.

O, Ərdoğanın Peresə: "Siz öldürməyi yaxşı bacarırsız" sözlərini diqqətə çəkərək: "Ərdoğan bu sözləri deməmişdən qabaq bir güzgüyə baxsın"-deyərək qondarma erməni soyqırımını və kürdlərə qarşı təzyiqlərin bu günə kimi davam etdiyini demişdi.

Bir gün sonra Türkiyə İsrail səfirini çağırıb rəsmi notasını təqdim etmişdi.

Notada: ''Hər cür diplomatik qaydalara, tarixi və aktual gerçəkliklərə zidd ifadələr ehtiva edən şərh, hörmətli Baş nazirimizə və ölkəmizə istiqamətli qəbul edilə bilməz ittihamlar və boş sözlərə görə rəsmi olaraq bir nota təqdim edilərək etiraz edilmişdir. Ayrıca söz mövzusu bəyanların əsassız və qəbul edilə bilməzliyi vurğulanaraq, bu vəziyyət haqqında İsrail rəsmilərindən təcili olaraq izahat istənmişdir"-cümlələri önə çəkilmişdi.
 
  • Yazılıb
  • da (də) 2009 Feb 15