dünən Türkiyənin İstanbul şəhərində Misir hökümətinin Qəzza bölgəsini embarqoda saxlaması, Rəfah sərhəddinin bağlı qoymasına etiraz olaraq minlərlə insan etiraz aksiyası keçiriblər
Türkiyə servisi/Aran Agentliyi
Dünən Türkiyədə Misir hökümətinə qarşı etiraz aksiyası keçirilib.
İslam-Azeri-nin Türkiyə müxbirinin verdiyi məlumata görə dünən Türkiyənin İstanbul şəhərində Misir hökümətinin Qəzza bölgəsini embarqoda saxlaması, Rəfah sərhəddinin bağlı qoymasına etiraz olaraq minlərlə insan etiraz aksiyası keçiriblər.
Ləvənt metrosu stansiyasından başlayaraq Misir konsulluğuna yürüş edən etirazçılar, "Hər fironun bir Musası vardır" plokatları və çoxsayda foto şəkil və bayraqlarla Fələstinliləri müdafiə edən, İsrail və Misirə etiraz şüarları səsləndiriblər.
"Hüsnü Mübarək sonun gələcək"-şüarları ilə Konsulluğa tərəf yürüş edən etirazçılar sonda qara rəngli "Lənətliyirik" yazılı dəmir Misir konsulluğunun qapısının yanına qoyublar.