Tarix : 2009 Feb 16
Kod 10638

HİZBULLAH İSRAİLİN 1 N-Lİ CƏSUSUNU DEŞİFRƏ ETDİ

Livan höküməti İsrailə cəsusluq edən şəxsi həbs edib
Azərbaycan servisi/Aran Agentliyi
Livan höküməti İsrailə cəsusluq edən şəxsi həbs edib.

İslam-Azeri-nin istinadlı xəbərinə görə Livanda İsrailə işləyən cəsus yaxalanıb.

Əl Əxbər qəzetinin məlumatına görə 1990-cı ildə İsrail tərəfindən cəsusluğa cəlb olunan şəxs internet vasitəsilə məlumatları ötürmüş, sonra məlumatları kodlaşdıraraq pozurmuş, bu da izin itirilməsinə səbəb olurmuş.

Cəsusun qardaşı Fransada yaşadığından o dəfələrlə İsrail kəşfiyyatı ilə orada əlaqə qurmuş, orada tapşırıq və pulları almışdır.

Hətta bəzi təlimləri almaq üçün İsrailə belə səfər etməkdən çəkinməmişdir.

Lakin nə qədər ehtiyyat etsədə sonda cəsus Hizbullahın xüsusi araşdırması nəticəsində deşifrə olunmuşdur.

Beləliklə Livan xüsusi xidmət orqanları Hizbullahın deşifrəsindən sonra cəsusu həbs etmişlər.

İsrail mətbuatında isə adı açıqlanmayan İsrail kəşfiyyat idarəsinin rəsmilərindən birinin məlumatına görə bu şəxs İsrail üçün çox dəyərli bir cəsus imiş.

İsrail 19 il müddətində bu şəxsin vasitəsilə çox qiymətli məlumatlar əldə edib.
  • Yazılıb
  • da (də) 2009 Feb 16