Moskvada İranla Rusiyanın müdafiə nazirlərinin müzakirələrinin birinci dövrü keçirilib
Rusiya servisi/Aran Agentliyi
Moskvada İranla Rusiyanın müdafiə nazirlərinin müzakirələrinin birinci dövrü keçirilib.
İRNA xəbər verir: İİR-nin müdafiə və silahlı qüvvələrə dəstək naziri General Mustafa Məhəmməd Nəccar çərşənbə axşamı Moskvada Rusiyanın müdafiə naziri Anatoli Serdyukov ilə müzakirələrinin 1-ci dövründə Rusiya ilə əlaqələrin genişləndirilməsini İİR-nin prioritetlərindən olduğunu deyib:
İranlı general iki ölkənin beynəlxalq problemlər və böhranlarla bağlı birgə mövqeyinə işarə edərək deyib: Bu müştərək mülahizə regionda sabitliyin bərqərar olmasını və İranla Rusiyanın regional əməkdaşlıqlarının genişləndirilməsi üçün müştərək əməkdaşlıqların möhkəmləndirilməsinə zəmin yaradıb.
İranın müdafiə naziri vurğulayıb ki, narkotik maddələr, terrorizm , ifratçı hərəkətlər və NATO-nun şərqə doğru genişləndirilməsi regiondakı sabitlik və təhlükəsizliyə qarşı bariz nümunələrdəndir.
Serdyukov da İranın müdafiə nazirinin Rusiyaya səfərini müsbət qarşılayaraq iki ölkə münasibətləri və əməkdaşlıqlarının daha da genişləndirilməsinə təkid edib.
Rusiyanın müdafiə naziri iki ölkənin regional məsələlərlə bağlı müştərək mövqeyi və mülahizələrinə işarə edərək İranla Rusiyanın regional məsələlərin həlli, xüsusilə də regionda sabitliyin genişləndirilməsində malik olduğu fəal roluna təkid edib.
Qeyd edək ki, iki tərəf müzakirələrin birinci mərhələsində iki ölkə əməkdaşlıqlarının gücləndirilməsi və müdafiə və texniki məsələlər barədə müzakirə və məsləhətləşmələrin cərəyan etməsini vurğulayıb.
İranlı general Rusiya müdafiə nazirinin rəsmi dəvəti ilə 4 günlük səfər məqsədi ilə bazar ertəsi günü Moskvaya gedib.