Səfərin əsas məqsədi Bakıda keçiriləcək Azərbaycan-İran hökumətlərarası komissiyanın iclasında iştirak etməkdir
Azərbaycan servisi/Aran Agentliyi
İranın xarici işlər naziri Manuçöhr Mottaki bu gün Bakıya işgüzar səfərə gəlir. Səfərin əsas məqsədi Bakıda keçiriləcək Azərbaycan-İran hökumətlərarası komissiyanın iclasında iştirak etməkdir.
Komissiyaya Azərbaycan tərəfdən xarici işlər naziri Elmar Məmmədyarov rəhbərlik edir. İclasa hazırlıq məqsədi ilə işçi qrupların görüşü keçirilib. Müxtəlif dövlət qurumlarının nümayəndələrinin daxil olduğu işçi qruplara Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Xələf Xələfov, İran tərəfdən isə İranın xarici işlər nazirinin müavini Mehdi Səfəri rəhbərlik edir.