Hər iki ölkə enerji sektorunda geniş imkanlara malikdirlər və müxtəlif enerji layihələrində birgə əməkdaşlıq edə bilərlər
Azərbaycan servisi/Aran Agentliyi
İran-Azərbaycan iqtisadi əməkdaşlıq komissiyasının 7-ci iclası bu gün iki ölkənin xarici işlər nazirlərinin iştirakı ilə Bakıda işə başlayıb.
Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov bu görüşdə Bakı-Tehran münasibətlərinin aydın perspektivə malik olduğunu deyərək iki ölkə arasındakı əlaqələrin inkişaf halında olduğunu bildirib.
Məmmədyarov artırıb: Hər iki ölkə enerji sektorunda geniş imkanlara malikdirlər və müxtəlif enerji layihələrində birgə əməkdaşlıq edə bilərlər.
Elmar Məmmədyarov iki ölkə arasında viza rejimin ləğv edilməsi məsələsinə münasibət bildirmədən qarşılıqlı gediş-gəlişlərin asanlaşdırılması istiqamətində rəsmi Bakının xüsusi xidmətlər göstərməyə hazır olduğunu bildirib.
Məmmədyarov EKO təşkilatının Tehranda keçiriləcək sammitini iki ölkə münasibətlərinin yaxşılaşdırılması istiqamətində yeni bir fürsət adlandırıb və deyib: Əlavə vergilərin alınmaması və müştərək sərmayələrin qoyulması sahəsində anlaşma sənədinin imzalanması bu səfərin mühüm məqsədlərindən sayılır.
İİR-nin xarici işlər naziri də bu iclasda çıxış edərək iki ölkənin əməkdaşlıqları qarşısında mövcud olan imkanlar və fürsətləri açıqlayıb.
Mənuçehr Müttəki iki ölkə arasında əməkdaşlıqların genişləndirilməsi istiqamətində heç bir maneənin olmadığına da təkid edib.
O bir daha vurğulayıb ki, İİR Azərbaycan Respublikası ilə münasibətlərin genişləndirilməsi yolunda heç bir maneə və məhdudiyyət görmür.
Bu iclasın sonunda 5 müştərək komitənin hesabatı təqdim olunub və qərara alınıb ki, komissiyasının 7-ci iclasının anlaşma sənədi iki ölkənin xarici işlər nazirləri tərəfindən imzalansın.
İİR-nin xarici işlər naziri Mənuçehr Müttəki bu gün Azərbaycan Respublikası rəsmiləri ilə görüşüb danışıqlar aparmaq üçün Bakıya daxil olub.