Tarix : 2009 Feb 20
Kod 10718

Dünya xalqları İranın qüdrətini etiraf edir

İİR-in əzəmətli və qüdrəti məhz mömin iranlı gənclər və mütəfəkkirlərin səyləri nəticəsində əldə olunub
İİR servisi/Aran Agentliyi

İİR-in quruluşunun müqaviməti və başıucalığı İranlı gənclər və mütəfəkkirlərin səylərinin məhsuludur. Tehranın bu həftəki cümə namazının xitabətçisi İranın elmi nailiyyətlərinə işarə edərək deyib: İİR-in əzəmətli və qüdrəti məhz mömin iranlı gənclər və mütəfəkkirlərin səyləri nəticəsində əldə olunub. Ona görə də hal-hazırda dünya xalqları İranın bu əzəmətli qüdrətini etiraf edir.
Ayətullah Kaşani ədalətə riayət və qarşılıqlı ehtirama uyğun olaraq İranla müzakirənin aparılmasını məntiqli və mümkün sayaraq deyib: Hazırda bütün dunya xalqları ABŞ-ın İranla bağlı qeyri-məntiqini etiraf edirlər.
Ayət. Kaşani imperialist qüvvələrin İranın nüvə texnologiyasının hərbi sahədə olduğunu göstərməyə dair siyasətlərini köhnə və kövrək hesab edib və deyib: Nüvə enerjisi, elmi və sənaye texnologiyası mərhələlərindən biri olaraq İran xalqının şərəfi və başıucalığıdır.
Tehranın bu həftəki cümə namazının xitabətçisi Sionist rejimin Livana qarşı 33 günlük təcavüzündə məğlubiyyətə uğramasına işarə edərək deyib: Livan Hizbullahı və Qəzzə əhalisinin möhkəm müqaviməti bu cinayətkar rejimi aciz qoydu və onun bütün qüdrəti və əzəmətini içəridən dağıtdı.

  • Yazılıb
  • da (də) 2009 Feb 20