Azerbaijan servisi /Aran Agentliyi
Son 12 ildə Azərbaycanda ilk dəfə neft və qaz istehsalı azalıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, yanvar ayında neft istehsalı ötən illə müqayisədə 8 faiz azalaraq 3,6 milyon ton olub. Qaz hasilatı isə ötən ilin yanvarı ilə müqayisədə 4,7 faiz azalaraq 1,9 milyard kubmetr təşkil edib. Proqnozlara görə, bu il Azərbaycanda 61 milyon ton neft, 31 milyard kubmetr qaz çıxarılmalıdır.