Tarix : 2009 Feb 21
Kod 10720

Azərbaycanda neft və qaz hasilatı son 12 ildə ən aşağı həddə çatıb

bu il Azərbaycanda 61 milyon ton neft, 31 milyard kubmetr qaz çıxarılmalıdır
Azerbaijan servisi /Aran Agentliyi
Son 12 ildə Azərbaycanda ilk dəfə neft və qaz istehsalı azalıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, yanvar ayında neft istehsalı ötən illə müqayisədə 8 faiz azalaraq 3,6 milyon ton olub. Qaz hasilatı isə ötən ilin yanvarı ilə müqayisədə 4,7 faiz azalaraq 1,9 milyard kubmetr təşkil edib. Proqnozlara görə, bu il Azərbaycanda 61 milyon ton neft, 31 milyard kubmetr qaz çıxarılmalıdır.
 
  • Yazılıb
  • da (də) 2009 Feb 21