Nabi Şensoy 1915-ci il hadisələrinin soyqırım olaraq tanınacağı təqdirdə, bunun Ankara-Vaşinqton əlaqələrinə təsir edəcəyini bildirib
Türkiyə servisi/Aran Agentliyi
Turkiyənin Vaşinqtondakı səfiri Nabi Şensoy Barak Obama hökumətinə erməni iddiaları ilə bağlı xəbərdarlıq edib.
ANS PRESS CNNTürk televiziyasına istinadən xəbər verir ki, Nyu-York şəhərində keçirilən müzakirələr zamanı çıxış edən N. Şensoy 1915-ci il hadisələrinin soyqırım olaraq tanınacağı təqdirdə, bunun Ankara-Vaşinqton əlaqələrinə təsir edəcəyini bildirib.
Şensoy 2007-ci ildə hazırlanan və 1915-ci il hadisələrini soyqırım kimi adlandıran qanun layihəsindən sonra Türkiyəyə geri çağrıldığını da xatırladıb.
«Bu, ABŞ-a qarşı bir etiraz idi»,- deyən Şensoy, iki ölkə arasında belə bir hadisənin ilk dəfə baş verdiyini vurğulayıb. Türkiyə səfiri eyni təhlükənin bir daha baş verə biləcəyini vurğulayaraq ABŞ hökumətinin məsələnin əhəmiyyətini anlayacağına ümid etdiyini bildirib. Səfir belə kritik məsələlərdə səhv addım atılmayacağı təqdirdə, Obamanın prezidentliyi dövründə ikitərəfli əlaqələrin daha yaxşı yerlərə gələcəyini söyləyib.