Düzdür bu barədə bizim də məlumatımız var. Ancaq mitinq keçirilməsi xəbərləri yalandan yayılıb
Azərbaycan servisi/Aran Agentliyi
Nardaranda Xocalı ilə bağlı mitinq keçirilməsi xəbərləri Nardaranlılar tərəfindən yalanlandı.
İslam-Azeri-yə bu barədə Həzrəti Rəhimə adına Fondun rəhbəri Məşədi Natiq Kərimov məlumat verib.
"Düzdür bu barədə bizim də məlumatımız var. Ancaq mitinq keçirilməsi xəbərləri yalandan yayılıb."-deyən Nardaran ağsaqqalı Nardaranda həbs edilən Hacı Hikmət ilə Hacı Əli haqqında yeni bir xəbərin olmadığını bildirib.
Diqqətinizə çatdıraq ki, bəzi ölkə KİV-ləri Nardaranda mitinqin olacağı xəbərini yaymışdılar.