Bu həftə Azərbaycan nefti 10 faiz ucuzlaşıb. Həftənin əvvəlində 45 dollara satılan Azəri Layt markalı neft həftə sonu 41 dollar 64 sentə satılıb
Azərbaycan servisi/Aran Agentliyi
Bu həftə Azərbaycan nefti 10 faiz ucuzlaşıb. Həftənin əvvəlində 45 dollara satılan Azəri Layt markalı neft həftə sonu 41 dollar 64 sentə satılıb.
Maliyyə bazarlarında həftə ərzində avro 3 sent ucuzlaşaraq 1 dollar 28 sentdən 1 dollar 25 sentə düşüb. Amma həftə sonu Avropa valyutası yenidən 1 dollar 28 senə dəyişdirilib. Həftənin əvvəlində 942 dollara satılan qiymətli metalın unsiyası 1000 dollara qədər bahalaşsada, qiymət yenidən 995 dollara düşüb. İndi 1 qram qızıl 32 dollar 11 sentə təklif olunub.