Bakı İslam Mədəniyyətinin Paytaxtı–2009” çərçivəsində ölkədə kitabxana işi ilə bağlı irimiqyaslı tədbirlərin reallaşması nəzərdə tutulub
Azərbaycan servisi/Aran Agentliyi
“Bakı İslam Mədəniyyətinin Paytaxtı–2009” çərçivəsində ölkədə kitabxana işi ilə bağlı irimiqyaslı tədbirlərin reallaşması nəzərdə tutulub. Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, aprelin 20-21-də Bakıda İslam Ölkələri Milli Kitabxana Direktorları Şurasının ikinci konfransı keçiriləcək.
Tədbir çərçivəsində M.F.Axundzadə adına Milli Kitabxanada islam ölkələrinin ən qiymətli və qədim kitablarının sərgisi və Bakı şəhərinin tarixinə aid bir neçə dilə tərcümə olunmuş kitabların təqdimatı olacaq.