Hazırda 25 min əhali fin qəsəbəsində, 11 mini məktəblərdə, 6 min məcburi köçkün isə fəaliyyətdə olan hərbi hissələrdə yaşayır
Azərbaycan servisi/Aran Agentliyi
Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində hərbi hissələrdə və təhsil müəssisələrində sığınacaq tapan məcburi köçkünlər könüllülük əsasında yeni salınmış qəsəbələrə göçürülücək. Bu barədə ANS-ə Qaçqın və məcburi köçkünlərlə iş üzrə dövlət komitəsinin sədri Əli Həsənov məlumat verib. “Hazırda 25 min əhali fin qəsəbəsində, 11 mini məktəblərdə, 6 min məcburi köçkün isə fəaliyyətdə olan hərbi hissələrdə yaşayır. O insanlar üçün yeni qəsəbələr tikiləcək və onlar həmin ərazilərdən çıxarılaraq onların razılığı əsasında o ərazilərə yaxın ərazilərdə yeni tikilmiş qəsəbələrə yerləşdiriləcəklər. Artıq torpaq ayırma prosesi başa çatıb. İlk fin qəsəbəsinə köçürmə prosesini bu il həyata keçirəcəyik. Kəlbəcər köçkünləri üçün Göranboy ərazisində salınmış qəsəbəyə çatdıra bilsək ya məktəbdən, ya da hərbi hissədən köçürməni edə bilərik. Ancaq hazırda Kəlbəcər köçkünləri üçün 600 mənzildən ibarət qəsəbənin tikintisinə artıq başlanıb. Onları yeni qəsəbələrə köçürməyi ilin sonuna, oktyabra planlaşdırırıq”.