Azərbaycanın Təbrizdəki baş konsulluğunda Xocalı soyqırımının 17-ci ildönümünə həsr edilmiş anma mərasimi keçiriləcəkdir
Azərbaycan servisi/Aran Agentliyi
Azərbaycanın Təbrizdəki baş konsulluğunda Xocalı soyqırımının 17-ci ildönümünə həsr edilmiş anma mərasimi keçiriləcəkdir.
Təbrizdə fəaliyyət göstərən diplomatrik missiyaların və beynəlxalq təşkilatların rəhbərləri, İranın dövlət rəsmiləri, şəhər icyimaiyyətinin nümayəndələri mərasimə dəvət edilmişlər. Mərasimdə Xocalı şəhidlərinin əziz xatirəsi anılacaq, ermənilər tərəfindən törədilən bu soyqırımı ilə əlaqədar Heydər Əliyev Fondunun hazırladığı sənədli-tarixi materiallar iştirakçılara paylanacaq, faciə barədə sənədli film nümayiş etdiriləcəkdir.