Tarix : 2009 Feb 24
Kod 10784

İstanbulda oyuncaq tapanca ilə bankı soydular

bu gün İstanbulun Cevizli Üsküdar Prospektindəki bank şöbəsinə gələn bir şəxs, əlindəki tapança və partlayıcı olduğunu söylədiyi paketlə bank işçilərini şoka salıb
Türkiyə servisi/Aran Agentliyi
Bu gün Türkiyədə oyuncaq silahla bir bankı soyublar.

İslam-Azeri-nin Anadolu Xəbər Agentliyinə istinadlı xəbərinə görə bu gün İstanbulun Cevizli Üsküdar Prospektindəki bank şöbəsinə gələn bir şəxs, əlindəki tapança və partlayıcı olduğunu söylədiyi paketlə bank işçilərini şoka salıb.

6500 yeni türk lirasını bankdan qarət edən cani tapanca və paketini də yerə qoyub qaçıb.

Araşdırma zamanı məlum olub ki, tapanca oyuncaq, paketdən isə balaca istilik verən çıxıb.

Hadisə ilə bağlı hüquq mühafizə orqanları araşdırmaya başlayıb.
  • Yazılıb
  • da (də) 2009 Feb 24