Tarix : 2009 Feb 24
Kod 10801

Müxalif partiyaların təmsilçiləri ABŞ səfirliyinə üz tutub

Dünən səhər ölkənin aparıcı müxalifət partiyalarının liderləri ABŞ-ın ölkəmizdəki səfirliyinə gediblər. Bu barədə ...
Azərbaycan servisi/Aran Agentliyi
  Dünən səhər ölkənin aparıcı müxalifət partiyalarının liderləri ABŞ-ın ölkəmizdəki səfirliyinə gediblər. Bu barədə “Yeni Müsavat”ın əməkdaşına səfirlik əməkdaşlarından biri məlumat verib. Dəvətlilərin konkret kimlər olduğu barədə suala cavabdan aydın olub ki, dəvət əsasən Qarabağ və Respublika Uğrunda İctimai Hərəkata daxil olan partiyaların liderlərini əhatə edir.

Müsavat Partiyasını görüşdə partiyanın İcra Aparatının rəhbəri Arif Hacılı təmsil edib. Bundan başqa, görüşdə AXCP, ALP, ADP, VHP, Ümid partiyaları iştirak ediblər. Ümid Partiyasının rəhbəri İqbal Ağazadənin məlumatına görə, görüşdə ölkədəki ictimai-siyasi vəziyyət, referendumla bağlı problemlər müzakirə olunub. Səfirliyi görüşdə səfirin siyasi məsələlər üzrə koməkçisi Robert Qarverik təmsil edib.
  • Yazılıb
  • da (də) 2009 Feb 24