Tarix : 2009 Feb 24
Kod 10802

XOCALI SOYQRIMININ İLDÖNÜMÜ İLƏ BAĞLI NARADARANDA AKSİYA KEÇİRİLƏCƏK

Məşədi Natiq Kərimov: “Həmyerlilərimiz azadlığa buraxılmasa, mitinqdə onların azad olunmasını da tələb edəcəyik”
Azərbaycan servisi/Aran Agentliyi
Nardaran sakinləri həbsdə olan həmkəndlilərinin azadlığa buraxılması tələbi ilə aksiya keçirəcəklər.

Bu barədə APA-ya Nardaran sakini Məşədi Natiq Kərimov məlumat verib. O, qəsəbə sakinlərinin bu tələblə aksiya keçirməkdə israrlı olduqlarını bildirib.
“Biz 14-cü polis bölməsinə müraciət edərək fevralın 26-da İmam Hüseyn meydanında Xocalı soyqrımının 17-ci ildönümü və İmam Rzanın şəhadət gününü qeyd etmək məqsədilə aksiya keçirməyə razılıq almışıq. Lakin həbsdə olan həmyerlilərimiz fevralın 26-dək azadlığa buraxılmasa, həmin aksiyada onların azad olunmasını da tələb edəcəyik".

Qeyd edək ki, Nardaran sakinləri Hikmət Vəliyev və Əli Hüseynov bu ilin yanvarında həbs ediliblər. Onlar Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlını ölümlə hədələməkdə təqsirli bilinirlər. Faktla bağlı hər iki şəxs barəsində Cinayət Məcəlləsinin 134-cü (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.
  • Yazılıb
  • da (də) 2009 Feb 24