Gürcüstanda hökumət əleyhdarları Saakaşviliyə prezidentin seçilməsinə dair referendum keçirməsi üçün 10 gün vaxt veriblər
Gürcüstan servisi/Aran Agentliyi
Gürcüstanda hökumət əleyhdarları Saakaşviliyə prezidentin seçilməsinə dair referendum keçirməsi üçün 10 gün vaxt veriblər.
Russia-Today televiziyasının bildirdiyinə görə, müxalifət elan edib ki, Gürcüstan prezidenti Mixail Saakaşvili 10 günədək prezidentin seçilməsi üçün referendumun keçirilməsinə imkan yaratmazsa, müxalifətin bu haqda növbəti addımlarını gözləməlidir.
Gürcüstanda müxalifət qruplarından ibarət yeni bir koalisiya Saakaşvilini hakimiyyətdən uzaqlaşdırmağa məcbur etməyə çalışır.
Gürcüstanın BMT-dəki sabiq səfiri İraki Alasaniya müxalifətə başçılıq edir. O, Gürcüstan prezident seçkilərinə öz namizədliyini irəli sürüb.