Tarix : 2009 Feb 25
Kod 10808

Hollandiyada qəzaya uğrayan təyyarənin sərnişinləri arasında azərbaycanlı qadın var

Amsterdam hava limanına enən zaman qəzaya uğrayan “Türkiyə Hava Yolları”na (THY) məxsus təyyarənin sərnişinləri arasında azərbaycanlı qadın da var
Türkiyə servisi/Aran Agentliyi
Amsterdam hava limanına enən zaman qəzaya uğrayan “Türkiyə Hava Yolları”na (THY) məxsus təyyarənin sərnişinləri arasında azərbaycanlı qadın da var.

APA-nın Türkiyənin xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, THY-nin açıqladığı siyahıda adı olan şəxs Rəna Musayevadır. Lakin R. Musayevanın qəza nəticəsində ölüb, yaxud yaralandığı barədə hələlik məlumat yoxdur.

Qeyd edək ki, Bakı vaxtı ilə saat 10.22-də İstanbuldan havaya qalxan “Türkiyə Hava Yolları”na məxsus sərnişin təyyarəsi Amsterdam hava limanına enən zaman naməlum səbəbdən yerə çırpılıb və üç hissəyə bölünüb. Təyyarədə təxminən 135 sərnişin və ekipaj üzvlərinin olduğu bildirilir. Qəzanın səbəbləri hələlik məlum deyil.

Türkiyə Nəqliyyat Nazirliyinin rəsmisi Suat Xeyri Aka qəza nəticəsində 7 nəfərin öldüyünü, 50 yaralıların olduğunu söyləyib. Yaralılardan 25-nin vəziyyəti ağırdır.

Hollandiya televiziyası isə qəza nəticəsində ölənlərin sayının ən azı 9 olduğunu deyib. Ölənlərdən ikisini ekipaj üzvü oldu dəqiqləşib.
 
  • Yazılıb
  • da (də) 2009 Feb 25