Tarix : 2009 Feb 25
Kod 10811

İran tarixi gününü yaşayır

İranın 50 ildir gözlədiyi min megavat elektrik istehsal tutumlu ilk nüvə stansiyanın, tamamlanarkən, yeni nüvə stansiyaların qurulması üçün yerli 6 firmaya vəzifə verildiyi də ifadə edilir
İİR servisi/Aran Agentliyi
Rusiyanın köməyiylə İranın Buşehr şəhərində tikilən elektrik nüvə stansiyanın test istehsalına artıq başlanılıb.

İslam-Azerinin İRNA-ya istinadlı xəbərinə görə, İranın 50 ildir gözlədiyi min megavat elektrik istehsal tutumlu ilk nüvə stansiyanın, tamamlanarkən, yeni nüvə stansiyaların qurulması üçün yerli 6 firmaya vəzifə verildiyi də ifadə edilir.

Qısa bir müddət içərisində tamamilə bitəcəyi gözlənilən stansiya, Rusiya Federal Atom Enerjisi Təşkilatı Sədri Sergey Kiriyenko və İran Atom Enerjisi Təşkilatı Başçısı Qulam Rza Ağazadənin də iştirak etdiyi açılış mərasimiylə test istehsalına artıq başanılıb, təsislərə nəzarət etmə və araşdırmalar aparan başçılar daha sonra ortaq bir mətbuat konfransı təşkil edib.
  • Yazılıb
  • da (də) 2009 Feb 25