Tarix : 2009 Feb 26
Kod 10820

Xəzər Dənəzi Və Hüquqi Statusu

.
İİR servisi/Aran Agentliyi
Dr.Cavad Şərifnejad
Universitet Müəllimi
Xülasə:
Xəzər dənizi qapalı dəniz olduğu üçün heç bir açıq dənizlə əlaqəsi yoxdur.indiki şəraitdə Xəzər dənizi məntəqə və məntəqədən kənar dövlətlərin rəqabət meydanına çevrilib.və bu məsələ sovet hakimiyyətinin istismarçılıq siyasətləri nəticəsində ortaya çıxıb.sovet hakimiyyəti dağılmadan öncə, Xəzər dənizi iki ölkənin, yəni İran və Rusiyanın ortaq dənizi idi.1991-ci ildən etibarən Sovet hakimiyyəti dağıldıqdan sonra bir sıra siyasi-iqtisadi məsələlər səbəb oldu ki, Xəzər dənizi beynəlxalq səviyədə dəyişikliklərin baş verəcəyi bir bölgəyə çevrildi.
Birinci Bölüm) Xəzər Dənizin Xüsusiyyətləri
1.   Xəzərin Coğrafiyası
Sahə:Asiya və Avropa qitələrini bir-birinə birləşdirir. Mərkəzi Asiya, Qafqaz, İranın şimalında və Rusiyanın cənubunda yerləşir.qərbi sahildən Qafqazın şərqi sahilnə, şimal və şimal-şərqdən Qazaxıstana, şərqdən Türkmənistana, cənubdan İrana, qərbdən Azərbaycana və şimal-qərbdən və şimaldan Rusiyaya məhdudlaşır. 
Xəzərin sahəsi 6500 km-dir və ən çox uzunluğu şimaldan cənuba doğru 1200 km və ortalama eni 320 km-dir.(xatırlatmalıyam ki, Xəzərin ən dar eni, Azərbaycanın Abşeron yarımadası və Türkmənistanın kəvalisinin arasındadır.və 202 km uzunluğu var.)
6500    –km sahədən hər bir ölkənin payı bu qədərdir.
1)Qazaxıstan Respublikası 1900 km.
2)Türkmənistan Respublikası 1768 km.
3)Rusiya Federasiyası 1355 km.
4)Azərbaycan Respublikası 820 km.
5)İran İslam Respublikası 657 km.
Coğrafi Mövqeyi:
Asiya və Avropanın bir hissəsini əhatə edir.şimali paralelləri 36 dərəcə və 35 saniyədən 47 dərəcə və 13 dəqiqədir.şərqi paralelləri isə 45 dərəcə və 44 dəqiqə və 18 saniyədən 46 dərəcə və 38 dəqiqə və 38 saniyədir. qış aylarında dənizin şimalində olan dayaz hissələr yuxarı paralellərdə donur.Xəzərin son sərhədi şərqdə Türkmənistanın Dərə Boğaz körfəzinə, qərbdə Rusiyanın Köktübeski-Köktük körfəzinə və şimalda Bugatinksi(Ural vayının ağzı)və İranda Mazəndəranın kəndi olan Həsənabadın cənubuna məhdudlaşır.
Vüsət:
Xəzər dənizi vüsət və dərinliyə görə 10 qat Fars Körfəsindən çoxdur.Xəzər dənizin sahəsi müxtəlif qaynaqlarda belə(370.000, 371.000, 378.400, 436.000, 436.334, 460.000 km2)qeyd olunub.suyun səviyəsi müxtəlif illərdə fərqli olduğunu üçün, 1985-ci ildə, açıq dənizə görə Xəzərin su səviyəsi 28/3 m aşağı qeyd olunub.
2.   Xəzər Dənizin Bölgüsü
1200 km uzunluğunda iki böyük diametri var.şimal-cənub istiqamətində uzanıb.uzunluğuna görə(dərinliyinə görə)üç hissəyə ayrılır.hər bir hissənin özünə məxsus coğrafiyası, iqlimi və hidroqrafiyası var.
Şimali hissə: dərinliyi 10 metrdən azdır və sahənin 4/5 hissəsini təşkil edir.və ortalama dərinliyi 6/2 metrdir.əgər düz xəttin vasitəsi ilə Çeçen adasını qərbdə Manqışlaq yarımadasına bağlasaq, bu xəttin şimalindəki bölgə şimal hissəsi hesab edilir.
Orta hissə: ortalama dərinliyi 176 metrdir.bu hissə Abşeron yarımadsından və Kəvalidən ayrılır.bu hissənin ən çox 800 metr dərinliyi var.bu bölgənin səciyəvi xüsusiyyəti ondadır ki, dənizin dibində hündürlük var.
Cənubi hissə: dənizin ən dərin hissəsidir.və 1100 metr dərinliyi var.orta hissənin cənubundan İranın sahillərinə qədər uzanıb.ortalama dərinliyi 325 metrdir.
3.   Xəzərin Mənbəyi və Potensialı:
Sovet hakimiyyəti dağıldıqdan sonra, Mərəkəzi Asiya və Qafqaz müstqil olduqdan sonra Xəzər dənizi və Xəzərətrafı ölkələrin əhəmiyyəti çoxaldı.yaranmış dəyişikliklər yeni vəziyyətlər ortaya çıxatdı.Xəzər dənizin zəngin ehtiyatları var və bu üzdən müxtəlif dövlətlərin marağı bu dənizə artıb.ekspertlərin fikrincə, zəngin ehtiyatlara görə Xəzər dənizi, Fars körfəsi və şimal dənizindən sonra üçünçüdür.bu məntəqənin əhəmiyyətini çoxaldan ikinci səbəb, yeraltı sərvətlərin çıxarılması və köçürülməsidir.yeni müstəqil olmuş ölkələri, Gürcüstandan başqa, quruluq əhatə edib və geosiyasi baxımından qapalıdırlar.bu ölkələr müxtəlif yollardan, o cümlədən İran, Türkiyə, Rusiya və Çinin vasitəsi ilə əlaqə yaratmağa çalışırlar.enerjinin köçürülməsinə ən yaxşı yol İrandır.ekspertlərin fikrincə, iqtisadi baxımdan ən sərfəli, qısa və etibarlı yol İran ölkəsidir.üçünçü mövzu Xəzərin çirklənməsidir.Xəzər dənizində minlərlə müxtəlif canlı yaşayır və əsrlər boyu milyonlarla insan Xəzərin ətrafında yaşayıb və yaşayır.keçmiş zamanlarda neft və qazdan öncə bu dənizin balıq kürüsü əhəmiyyətlidir.bu gün də neftdən sonra ikinci mühüm gəlir mənbəyi balıq kürüsüdür.Xəzərətrafı dövlətlərin diqqətsizliyi, keçmişdəki dəyərlərin məhvinə səbəb olub və nəticədə canlıların həyatı təhlükəyə düşəcək.bu mövzu səbəb olacaq ki, milyonlarla insanın həyatı təhlükəyə düşsün və beləliklə Xəzər dənizi neftin qurbanı olacaqdır.
4.   Xəzərin neft tarixçəsi
eramizdan əvvəl 600 ildən 12 əsrə kimi zərdüştlər Abşeron(Bakı)yarımadasına mühacirət etmiş və Suraxanıda təbii qazla yanan məbəddə sitayiş etmişdilər.1723-cü ildə çar hakimiyyəti Qafqazın şərqini işğal etdi.və ağ neftin çıxarılması və Rusiyaya köçürülməsi üçün planlar hazırladılar.1813-cü ildə İranın bir çox ərazisi Rusiyaya verildiyi zaman(Gülüstan müqaviləs)Ruslar neftin çıxarılmasına başladılar.
1820-ci ildə Ruslar neft yataqlarını icarəyə verdilər.və 1871-ci ilə kimi 230 neft yatağı tapıldı.Amerikada 1859-cu ildə neft kəşf edildi və beləliklə bu iki neft yataqların üzərində rəqabət başlandı.
1863-cü ildə neftin çıxarılması üçün yeni metodlar kəşf edildi.Rusiyanın neft kampaniyalarına ilk sərmayə qoyanlar Nobel qardaşları idi. Və 1877-ci ildə Pensilvaniyanın metodlarından istifadə edərək Bakıya 8 mil uzunluğunda neft borusu çəkdilər. Ameikalı Herpet Toydl, 1883-cü ildə Xəzərdən Qara dənizə neft kəmərin çəkilməsini təklif etdi. Bu kəmərin vasitəsi ilə Bakının limanları Qara dənizdəki Batumi limanına bağlandı.
1880-cı ilin sonlarında yəhudilər Xəzər məntəqəsinə daxil oldular.və nefti istismar etdilər.1886-cı ildə Rusiyanın nefti üç ölkəyə İngiltərə, Macaristan, Avstriya ixrac edildi.1900-cı ildə Xəzərin bütün nefti Rusiyaya aid idi və burada hər gün 240 min boçka neft istehsal edilmişdir.və beləliklə dünyada istehsal olunan neftin yarısını təşkil etmişdir.
Qeyd olunanlardan belə nəticə çıxarmaq olar ki, qərb ölkələr, xüsusi ilə Amerika son iki yüz ildə Xəzərdə iştirak etmişdir və Şorun Kampaniyası Qazaxıstan dağılmadan öncə fəaliyyət göstərmişdir.və Nobel Kampaniyaları və yəhudilər 19-cu əsrdə burada fəaliyyət göstərmişdilər.
5.   Xəzər Dənizin əhəmiyyəti:
Geosiyasi: Əvvəllər Xəzər dənizi iki dövlətin sərhədlərində yerləşmişdir. sonralar Xəzər ətrafında beş müstəqil dövlət yarandı və yeni geosiyasi şəraitin yaranması ilə nəticələndi.məntəqəyə təsir edən ən mühüm dəyişikliklər bunlardır:dünya dövlətlərin marağı və məntəqədə nüfüzü, məntəqədə rəqabətin yaranması, neft və qazın ixracatında yolların təyin edilməsi və  Xəzərin statusu problemi.
Dünyanın geostrategiyasında dəyişiklər yarandı, şərqin güclü dövləti dağıldı.və məntəqəki ölkələr bu dəyişikliklərə daha çox məruz qaldılar və siyasi baxımdan çoxlu problemlər ortaya çıxdı. Beləki, Xəzər dənizi müxtəlif həris dövlətlərin rəqbət meydanına çevrilib, hər bir dövlət gücünə uyğun olaraq siyasi rolunu ifa edir.
Coğrafiya: Xəzər məntəqəsi coğrafi baxımdan 5 ölkənin əhatəsindədir.ancaq geosiyası baxımdan Xəzəri Mərkəzi Asiyadan və Qafqazdan ayırmaq mümkün deyil.əslində Xəzər dənizi Mərkəzi Asiya və Qafqazın 5 ölkəsini bir-birinə birləşdirir. məntəqənin iki güclü dövləti İran və Rusiyadır.və regiondakı məsələlərin həllinə məntəqədən kənar ölkələrin müdaxilələrinə müstəqil mövqedə olduqları mövzunun əhəmiyyətini artırır.beləliklə məntəqənin səbatini qorumaq üçün yeni ölkələr və dünya dövlətləri bu iki ölkənin mənafeyini nəzərə almalıdır.
İqtisadi:
Yeni dövürdə beynəlxalq sistemdə hegemon dövlətlərin siyasətində dəyişikliklər yaranıb.belə ki, mülayim siyasət, iqtisadiyyatın gücləməsi, sərt siyasəti əvəz edib.bu bir şəraitdədir ki, hələ dünya tam şəkildə geosiyasi baxımdan dəyişməyib və yeknəsək olmayıb.Xəzər dənizi yeni iqtisadi siyasi bölgəyə çevrilib və bu üzdən dövlətlər bu siyasətdən faydalanmaq üçün bütün imkanlardan istifadə edirlər.və bu hərəkat səbəb olub ki, XX əsrin sonunda militaristik siyasətinə rəğbət azalsın.
İkinci Bölümü)Xəzər Dənizinin hüquqi statusu
1.   Xəzər Dənizinin hüquqi statusu tarixçəsi
Son iki yüz ildə Xəzər dənizi iki ölkəyə, İran və Rusiya, aid idi.buna sübut bir sıra sənədlər mövcuddur.ən qədim sənəd 1813-cü ildə  “Gülüstan” və 1828-ci ildə “Türkmənçay” müqavilələridir.bu müqavilələrdə İranın şimalındakı ərazilərin(Azərbaycan və indiki Ermənistan)ayrılmasına və Xəzər dənizindən necə istifadə edilməsinə işarə edilib.”Gülüstan və Türkmənçay”müqavilələrinə əsasən Rusiyanın hərbi gəmləri qanuni şəkildə Xəzərə daxil ola bilirdilər və həmçinin iki ölkənin ticarət gəmiləri sərbəst şəkildə gediş-gəliş edirdilər.
Xəzər dənizinin ilk hüquqi statusu kimi bu sənədləri qəbul etmək olar.o dövürdə Rusların haqqı var idi ki, hərbi gəmilərini Xəzərə daxil etsinlər.əslində o dövürdə Ruslar Xəzəri hərbi məntəqəyə çevirmişdilər.ancaq İran Xəzərə hərbi gəmilərini daxil etməyə icazəsi yox idi.bununla belə ticarət gəmilərin gediş-gəlişində hər iki ölkə bərabər hüquqa malik idi.bu proses sovet dövürünə kimi davam etmişdir.
2.   İran və Sovet dövründə Xəzərin hüquqi statusu
Dənizin ilk hüquqi statusu İran və Sovet dövründə 1921 və 1940-cı ildə təyin edilmişdir.26 fevral 1921-ci ildə imzalanan müqaviləyə əsasən İran Xəzər dənizində azad şəkildə gəmçilik etmişdir.əlbəttə bu müqavilədə suyun sərhədi təyin edilməmişdir.lakin 7-ci bənddə yazılıb ki, İranın gəmilərində xarici vətəndaşlar olmamalıdır.bu müqaviləyə əsasən Xəzər dənizi iki ölkənin, İran və Rusiyanındır və burada heç bir sərhəd təyin olunmadan və xarici ölkələrin nümayəndələri iştirak etmədən dənizdən istifadə etmişdilər.
Xatırlatmalıyam ki, 1921-ci ildə Xəzərin neft yataqlarından və yeraltı sərvətlərindən dəqiq məlumat olmadığına görə müqvilənin heç bir yerində yataqların istifadəsinə dair bir maddə yoxdur.1921-ci ildəki müqavilənin 11-ci fəslində iki dövlətin gəmiçilik(hərbi, ticarət) hüquqi bərabərdir.1921-ci ildən sonra Xəzər dənizi haqqında imzalanan mühüm saziş 1940-cı ilin martında idi.bu müqavilədə yazılıb:
-          İki ölkənin ticarət gəmiçiliyi eyni hüquqa sahibdir.
-          Hər bir ölkənin 10 mil sahilindən kənarda balıq tutmaq hüququ var.
-          Rəsmi şəkildə elan olunub ki, dəniz iki ölkənindir.və iki dövlət gəmilərə və limanlara nəzərət etmətlidir və xarici vətəndaşların çalışmasına və müdaxiləsinə icazə verilməməlidir.
1940-cı ildə imzalanan müqaviləyə əsasən Xəzər dənizi iki ölkənin idi və heç bir ölkə Xəzərin hüququnu təyin etməmişdir.yalnız balıq tutmaq üçün müəyyən bir sərhəd təyin edilmişdir.və hər bir ölkənin 10 mil sahilindən kənar balıq tutmaq imkanı var idi və beləliklə dənizin ortası balıq tutmaq üçün ümumi bölgə idi.və hər iki ölkənin(İran və Rusiya) ovçuları bu məntəqədən sərbəst şəkildə istifadə etmişdilər.o dövürdə Xəzərin yeraltı sərvətləri məlum olmadığına görə 1940-cı ildə yeraltı sərvətlərin istifadəsinə dair sərhəd təyin edilməmişdir.
Xəzər dənizi üzrə ekspertlərin fikrincə, 1940-cı ildə imzalanan sazişin məzmununda ticarət və gəmiçilik(hərbi gəmilərə aid deyil), 1931 və 1935-ci illərin ticarət və gəmiçilik konvensiyası əsasındadır.və buna görə Xəzərin qanuni hüquqi statusudur.və bu mövzu sovetin İrandakı səfiri Filamanov və İranın xarici işlər naziri Əsədüllah Elm arasında yazılanan məktublarda qeyd olunub.və müqaviləyə əlavə olunub.Xəzərdə neftin kəşf edilməsi və İkinci dünya savaşından sonra və Soyuq müharibənin başlanması ilə sovet hakimiyyəti birtərəfli olaraq Xəzərin hüququ statusu üzrə bir sıra işlər gördü.
Xəzər dənizində ilk sərhəd 1943-cü ildə təyin edilmişdir.bu zaman sovet hakimiyyəti bir tərəfli olaraq Xəzər dənizində sərhəd təyin etmişdir və bu sərhəd Azərbaycanın Astara zonasından Türkmənistanın HüseynQulu körfəsinə qədər idi.beləliklə bu ildən etibarən sərbəst gəmiçilik məhdudlaşdırıldı və Sovet gəmilərində sərnişinlərin daşımasına ciddi qanun tətbiq edildi.və bunlar 1921-ci və 1940-cı illərdə imzalanan sazişlərin əksinə idi.
Beləliklə Xəzərdə məhdudiyyətlər çoxladı.və getdikcə İranın gəmiləri azaldı. sahilin 85% Sovetin ixtiyarında idi.və sovet hakimiyyəti sərhədin təhlükəsizliyi qorudu və bütöv sahildən İranın payı 15% idi.və eyni zamanda iki ölkənin sərhədi sabit qaldı. 1949-cu ildən etibarən sovet hakimiyyəti geniş səviyədə neft çıxarmağa başladı. Və İranın neft çıxarmasına tam şəkildə qarşı çıxdı.və o dövürdə İran qəti şəkildə mineral ehtiyatlara sahib olduğunu bəyan etdi.1955-ci ildə bu haqda qanun təsdiqlədi.
3.   Sovet dağıldıqdan sonra Xəzərin hüquqi statusu
Sovet hakimiyyəti dağıldıqdan sonra iki ölkənin əvəzinə beş ölkə Xəzərin sahilində təşkil tapdı.İran birinci gündən etibarən xəzəryanı ölkələrin arasında birlik yaratmaq üçün xəzəryanı ölkələrin əməkdaşlığına dair təşkilatin bərpa edilməsini təklif etdi və nəhayət bu təklif 1992-ci ildə fevral ayında Tehranda keçirilən iclasda təsdiqləndi.ancaq sahılyanı ölkələrin bir sıra iddialarına görə indiyə kimi Xəzərin hüquqi statusu təyin edilməyib.
1992-ci ildə Azərbaycan, Qazaxıstan və Türkmənistan xəzər dənizində nə qədər paya sahib olduqlarını bəyan etdilər:
 Azərbaycan Respublikası 30-40 mil, Qazaxıstan 25 mil, Türkmənistan 20-25 mil.Azərbaycan respublikası Xəzərin dibində bir çox əraziyə sahib olduğunu iddia edir.Azərbaycan birtərəfli olaraq 1994-cü ildə neft yataqların istifadəsini qərb kampaniyalarına verdi.Azərbaycandan sonra Qazaxıstan Təngizkaşağan bölgəsini Qərb kampaniyalarına verdi.
Sahılyanı ölkələrin birtərəfli mövqeləri və keçici mənafeləri səbəb olacaq ki, uzun müddət ərzində sahilyanı ölkələrin əlaqələrində gərginlik yaransın və hətta Xəzərin çirklənməsinə səbəb olacaq.belə ki, Xəzərin hüquqi stutusu təyin olunmasa, çirklənmənin qarşısı almaq üçün ciddi şəkildə planlar hazırlanmaycaq və mineral ehtiyatlardan və neft yataqlarından necə istifadə edilməsi məlum olunmayacaq.belə hadisələrin qarşısını almaq üçün İran elan edib ki, dənizin hüquqi statusu məlum olmayana qədər keçmiş müqavilələr sahilyanı ölkələrin fəaliyyətinə faydalı ola bilər.və buna görə də 1921 və 1940-cı illərdə İran və Sovet arasında imzalanan müqavilələrdə gəmiçilik və ticarət qanunu təməl ola bilər və nəticədə başqa üç ölkə də(Azərbaycan, Qazaxıstan, Türkmənistan)bu mövzuda haqqları var.21 dekabr 1991-ci ildə Almatıda yeni müstəqil olmuş hər üç ölkə sovet dövründə imzalanan müqavilələri, o cümlədən 1921 və 1940-ci ildəki müqavələləri qəbul etdilər.
İranın fikrincə, Xəzərdə nəzərə alınmalı ən mühüm məsələ dənizin hərbisizləşdirilməsidir.necə ki, dənizin hərbiləşdirilməsi xarici dövlətləri məntəqəyə gətirmək mənasındadır.və bu mövzu sahılyanı ölkələrin qarşdurmasına və dənizin hüquqi statusunu çətinləşdirilməsinə səbəb ola bilər.və buna görə də Azərbaycanın istiəyinə əsasən Abşeron yarımadasına Amerikanın hərbi qüvvəsinin və ya Nato-nun daxil olmasına İran dövləti qarşıdır. əslində bu müxalifət münaqişənin qarşısını alır.İranın fikrincə, heç bir ölkənin müdaxiləsi olmadan Xəzərin problemi xəzəryanı ölkələrin yardımı ilə həll olunmalıdır.Xəzərin bütün hüquqları aydın olunmalıdır, hətta balıq tutmaq sahəsi müəyyən edilməlidir.İranın fikrincə, Xəzər dənizi qapalı dənizdir.və 1982-ci ilin dəniz hüququ konvensiyasına uyğun deyil və sahilyanı ölkələrin müqavilələri əsasında olmalıdır.bu mövzuda İran və Rusiyanın mövqeləri üst-üstə düşür.
4.   Beynəlxalq dəniz hüququ konvensiyaları Xəzər hüquqi statutsuna uyğunlaşdırılması
Beynəlxalq dəniz hüququ konvensiyaların 122-ci maddəsində(CLOSD SEA), qapalı dəniz və ya yarım qapalı dəniz o dənizlərə deyilir ki, iki və üç ölkəyə məhdudlaşır və dar boğazın vasitəsi ilə dənizə və ya başqa bir okeana birləşir.və dənizin bütövü ya bir çox hissəsi sahilyanı ölkələrin iqtisadiyyatını əhatə edir.belə dənizin hüququ 123-cü maddədə izah olunub. Qapalı və ya yarım qapalı dənizin ətrafında yerləşən ölkələr gərək dənizin hüququnu bu konvensiyaların əsasında bir-birləri ilə əməkdaşlıq etsinlər.
Qapalı(bağlı) dəniz o dənizlərə deyilir ki, sularına yalnız sahilyanı ölkələrin hüququ var.birinci dəfə olaraq XIX əsrdə çar dövləti bu layihəni təsdiqlədi.Rusiyanın hüquqşünasları tərəfindən təklif olunan bu mövzudan məqsəd qonşu dənizlərin(Azof dənizi və Qara dəniz) təhlükəsizliyini təmin etmək idi.və icazə verilmirdi ki bu dənizə xarici ölkələrin gəmiləri daxil olsun və tam şəkildə onlara nəzarət edirdilər.
5.   Xəzərin hüquqi statusuna dair müqavilələr və onun etibari:
Qeyd olunduğu kimi Xəzərin hüquqi statusu İran və Sovet dövründə imzalanan müqavilələrin əsasında təyin edilib.bu müqavilələr bunlardır: Dostluq müqaviləsi 16 fevral 1921 və Gəmiçilik və Ticarət müqaviləsi 25 mart 1940.”Dostluq”müqaviləsi İran və Sovet arasında 16 fevral 1921-də 26 fəsildə Moskvada imzalandı.Sovet hakimiyyəti Xəzər dənizi haqqında imzalanan bütün müqavilərdə Rusiyaya verilən imtiyazların əsasında 1921-ci ildə imzalanan müqavilənin 11-ci fəslində qeyd edib:-10 fevral 1828-ci ildə İranın Türkmənçayında İran və Rusiya arasında imzalan “Türkmənçay”müqaviləsinin 8-ci fəslində İran dənizçilikdən məhrum edilib.bu müqavilə etibarsızdır və tərəflər razılıq verdi ki, bu müqavilə (Dostluq müqaviləsi)imzalandıqdan sonra hər iki ölkə sərbəst şəkildə Xəzərdə gəmiçilik edə bilər.
25 mart 1940-cı ildə Tehranda imzalanan Ticarət Və Gəmiçilik müqavilənin 12-ci fəslindən 16-cı fəslə kimi gəmçilik, balıq tutmaq haqları aydın şəkildə müəyyən edilib.
Sovetin dağılması və bir neçə ölkəyə parçalanması bu sualı ortaya çıxartdı ki, sahilyanı ölkələr bu müqavilələri icra etməyə məcburdurlar? Cavabda deməliyik ki, ərazinin bölgüsü beynəlxalq səviyədə əhəmiyyətlidir və təhlükəsizliyi təmin edir. bu haqqda 1978-ci ildə Vyana konversiyonunda məlumatlar var.(maddə 11, 12)
Həmçinin bir ölkədən bir neçə ölkə müstəqil olsa, keçmiş ölkənin bütün öhdəlikləri dəyişməz qalır.(maddə 33)
Beləliklə Xəzərin hüquqi statusu haqqında olan müqavilələr indiyə kimi etibarlıdır.və tərəflərin heç biri müqavilədə dəyişiklik etməyib və sahilyanı ölkələr bu müqavilələrin etibarlı olduğunu bildiriblər.və baş vermiş dəyişikliklər nəzərə alınaraq Xəzərdə dəyişikliklər oluna bilər.
6.   Xəzərdə gəmçilik hüququ
“Türkmənçay”müqaviləsinə əsasən İranın gəmiləri Xəzərə daxil ola bilməzdi.ancaq “Dostluq”müqaviləsi imzalandıqdan sonra İrana bu haqq verildi.mövcud müqaviləyə əsasən, Xəzə dənizi, gəmiçilik və balıq tutmaq üçün ortaq dənizdir.yalnız xarici dövlətin gəmiləri dənizə daxil olmağa icazəsi yoxdur.
7.   Günbəgün çirklənmənin çoxalmasına görə Xəzərin hüquqi statusu təyin olunmalıdır:
Dünyanın müxtəlif dənizləri kimi Xəzər gündən-günə cirklənir.cirklənmə belə davam etsə, sahilyanı ölkələr daha ciddi şəkildə təhlükəyə düşəcək.Xəzərin hüquqi statusu məlum olmadığına görə sahilyanı ölkələr dənizin cirkənməsinə qarşı ciddi plan hazırlamayıblar.
Xəzərin çirklənməsinə bir səbəb çirkabların dənizə axması və başqa ən mühüm səbəb neft quyularından neftın axması və ya nəqli ilə əlaqədar çirklənmədir. Yaxın gələcəkdə Xəzərdə böyük layihələr çərçivəsində neft yataqlarından istifadə ediləcək bu üzdən çirklənmənin qarşısını almaq daha aktual bir məsələdir.hər il Azərbaycan, Qazaxıstan, Türkmənistan və Rusiyanın neft hasilatı və nəqli ilə əlaqədar 60-dan 200 min tona qədər zəhərli maddə dənizə axır.
hal-hazırda İran Xəzərin dibindəki ehtiyatlardan istifadə etmir.və Xəzərin cənub sahilindəki zəhərli maddələrin az hissəsi quraqlıqdan daxil olur.çirklənmənin əsas mənşəyi xaricdəndir. Xəzərin cənub sahillərində çirklənmənin əsas səbəbi qonşu ölkə Azərbaycanın neft yataqlarıdır.buna görə də lazımdır ki, xəzəryanı ölkələr Xəzərin hüquqi statusu tezliklə müəyyən etsinlər.
bir çox ekspertlərin fikrincə, çirklənmənin əsas səbəbi neftdir.bu növ çirklənmə daha çox qərb sahillərində və Azərbaycan tərəfində, şimal-şərqdə Qazaxıstan tərəfində görünür.yalnız Azərbaycan ildə 3500 ton neftdən hasil olan zehirli maddələri dənizə daxil edir.və bu çirklənmə 4-6 qat şimal sahillərindən çoxdur.belə ki, Astara zonası sənaye şəhər olduğu üçün daha çox çirklidir. 
Volqa çayından ildə 140 milyon ton çirkləndirici maddə dənizə axır.Volqa çayı daha çox şimala və Delta məntəqəsinə təsir edir. Azof dənizi gərgin ekolojiyə sahib olmasına baxmayaraq hər litrdə ortalama 7milliqram zəhərli maddəsi var.halbuki, Xəzərin şimalında hər litrdə 44 milliqram zəhərli maddə var.Volqa çayının vasitəsi ilə çirklənmə buna görədir ki, bu çayın sahilində 61 milyon nəfər yaşayır.və yüzlərlə sənaye və əkinçilik mərkəzi fəaliyyət göstərir.
Xəzərin cənub sahillərində hər bir km2-də ortalama 27 litr duru zəhərli maddə, 44 kg bərk zəhərli maddə istifadə edilir.duru zəhərləri daha çox bitkilərin və bərk zəhərli maddələri həşəratın əleyhinə işlənir.
Xəzərin çirklənməsinə başqa bir səbəb kimyəvi maddələrdir. Bu maddələr daha çox Azərbaycanın Sumqayıt, Dağıstanın Makaşkaladr və Qazaxıstanın Məngişlak şəhərlərindədir. 1991-ci ildə Xəzərin qərbi sahillərində çirklənmə 10 qat Fillandiya körfəsindən çox idi.sovet dağıldıqdan sonra Xəzərdən 100 milyon ton neft çıxarılıb.və bir milyon ton neft su ilə qarışıb.və indi Bakı və Sumqayıtın “Neft daşları”adlı sahilində ölü zonalar yaranıb.ekspertlərin fikrincə, Bakı limanında neftdən törənən çirklənmə 12 qat normal haldan çoxdur. 90 milyon ton çirkabların vasitəsi ilə Cənub sahilləri çirkəlib. Xəzər dənizi bağlı olduğu üçün neftin daşıması daha çox təhlükəli ola bilər və hətt zəlzələ xəzərdəki neft yataqlarını dağıda bilər və beləliklə neft dənizə axacaq.həmçinin Qazaxıstanda Xəzər sahilində uran mərkəzi fəaliyyət göstərdiyi üçün zəlzələ zamanı dəniz daha çox təhlükəli vəziyyətə düşəcək hətta Uraldan da çirkli olacaq.
Xəzərin çirklənməsinə təsir edən ən mühüm amil suyun dövrəvi şəkildə hərəkət etməsidir.və saysız-hesabsız miqdarda balıq ovlamaqdır. son bir neçə ildə  Xəzərin çirklənməsi yalnız dənizdəki heyvanların ölümünə səbəb olmayıb, bəlkə hüquqi statusu təyin olmadığına görə geniş miqyasda balıqların ovlaması səbəb olub ki, bir çox dəniz heyvanların nəsli kəsilsin.
Üçüncü Bölüm) İran və Xəzər dənizi
Xəzər dənizi 5 ölkənin əhatəsindəndir və bağlı dənizdir.Beynəlxalq dəniz hüquqlarına aid konvensiyaların əsasında dənizin ətrafındakı ölkələr məsələləri həll etməlidir.İran Xəzər dənizi ilə uzun sərhədə malikdir, ancaq su bölgüsündə coğrafi baxımda forması uyğun deyil.hal-hazırda Rusiyanın yeni nəzəriyyəsindən(Xəzər sektorlar əsasında bölünməli və kollektiv şəkildə dənizin səthindən istifadə edilməli)yeni müstəqil olmuş ölkələr himayə edirlər.Xəzrərin bölüsünə aid 1998-ci ildə Rusiya və Qazaxıstan arasında imzalanan saziş, 2001-ci ilin yanvar ayında Rusiya və Azərbaycan respublikası arasında imzalanan saziş, 2001-ci ilin dekabr ayında Qazaxıstan və Azərbaycan respublikası arasında imzalanan saziş bu mövzunu isbat edir.
İran Xəzər məsələsində mövqeyini möhkəmləndirmək üçün bu işləri görməlidir.
1.   Passivlikdən uzaq olmalıyıq
Passivlik əvəzinə yaxşı olar ki, əsaslı işlər görək.birinci Türkmənistan kimi sahil sularını və dəniz kənarını(yəni özümüzə aid olan 13 mil ərazini)rəsmi şəkildə elan edək və beləliklə hüququmuzu qoruyaq.və kimsə bu haqda danışa bilməz.özümüzə aid olan iqtisadi bölgəni elan etməliyik.bizim mənafeyimiz ən çox(dənizin ortasına)qədərdir.və biz bu haqda yenilik etməliyik.çünki bu iş görülüb.
2.   Sahilyanı ölkərin arasında mövqeyimizi möhkəmləndirməliyik
Xatırlatmalıyam ki, dünyada heç bir qanun ikitərəfli müqavilələrin icrasına maneçilik törədə bilməz.hətta əgər dəniz ümumiləşdirilsə də, ikitərəfli sazişlər olmalıdır.əgər biz Türkmənistan və Azərbaycanla beynəlxalq səviyədə ikitərəfli müqavilələr imzalasaq, Biz bir neçə mühüm iş görmüşük və bizə faydalı ola bilər.və o budur ki, müzakirə zamanı Rusiya kimi əlimiz dolu olar və heç bir şəraitdə tək qalmarıq.belə nəzərə gəlir ki, Xəzər məsələsində İranın zəif mövqedə olmasına əsas səbəb Rusiyadan itaət etməsidir.aydın məsələdir ki, Rusiya son zamanlar Amerika və İranın ixtilafından faydalanmağa çalışır.və İrana bir sıra vədələr verməklə özünə tabe etmək istəyir.xüsusi ilə Rusiya Xəzərin ümumiləşdirilməsindən himayə etdi və sonra mövqeyini dəyişdirdi.
Sovet dağıldığı zaman İrana ən yaxşı fürsət düşmüşdür.çünki sahilyanı ölkələrin İranla ortaqlığı çoxdur.və İran Rusiyaya tabe olmadan bu ortaqlıqdan istifadə edib enerjinin nəqlində bir sıra imtiyazlara sahib ola bilərdi.amma bu gün bir sıra səbəblərə görə bu fürsətlərin çoxunu əldən verib.
O zamana qədər ki, siyasi münaqişə var, hüquqi müzakirələrə-ən azı xarici diplomatiyada-ehtiyac yoxdur.yəni məntiqi və ağıllı dəllilər də olsa, İranın problemi Xəzərdə həll olunmayacaq.beləliklə İran dövlətinə vacibdir ki, öz hüququndan qəti surətdə müdafiə etsin.
Qaynaqlar:
  • Yazılıb
  • da (də) 2009 Feb 26