Tarix : 2009 Feb 26
Kod 10831

Sergey Lavrov Azərbaycana səfər edəcək

rusiyalı nazir başda olmaqla, bu ölkənin nüfuzlu nümayəndə heyəti Azərbaycan rəsmiləri ilə bir sıra görüşlər keçirəcək
Azərbaycan servisi/Aran Agentliyi
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfər edəcəyi gözlənilir. AzərTAc-ın məlumatına görə, səfər martın 11-12-nə planlaşdırılıb. Diplomatik mənbələrdən bildirilib ki, rusiyalı nazir başda olmaqla, bu ölkənin nüfuzlu nümayəndə heyəti Azərbaycan rəsmiləri ilə bir sıra görüşlər keçirəcək. Həmin görüşlərdə bütün sahələrdə Rusiya-Azərbaycan münasibətlərinin indiki səviyyəsi barədə, habelə iki ölkə arasında əməkdaşlığın perspektivləri və regional məsələlərə dair ətraflı fikir mübadiləsi aparılacaq. Səfər çərçivəsində S.Lavrovun Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin açılışında iştirakı da gözlənilir.
  • Yazılıb
  • da (də) 2009 Feb 26