“Yeni Müsavat”ın sabahkı manşeti qalmaqallı cinayət işinin açılması istiqamətində yeni cığırlardan bəhs edir
Azərbaycan servisi/Aran Agentliyi
Fevralın 11-də evinin yaxınlığında başından vurulan yeganə güllə ilə öldürülən hava qoşunları general-leytenantı Rail Rzayevin qətli ilə bağlı əməkdaşımızın əlinə sensasion bilgilər, mühüm faktlar keçib. Bu, qətlin üstünün açılmasında müəyyən dərəcədə rol oynaya biləcək, yeni cığırlar açacaq informasiyalardır. Ola bilər ki, bu faktlar cinayətin üstündəki sirr pərdəsini müəyyən qədər qaldırsın və prosesi sürətləndirsin - əgər hüquq-mühafizə orqanları qətlin üstünü doğrudan da açmaq istəyir və bacararlarsa.
Bu dəqiqələrdə əməkdaşımız həmin materialın üzərində işləyir və qəzet çapa gedənə qədər yazı hazır olacaq. Bu və saytımızın iş prinsipi ilə bağlı digər səbəblərdən “Yeni Müsavat”ın sabahkı manşetini – baş yazısını bu gün veb-səhifədə yerləşdirə bilmirik. Hələlik əlimizdən gələn həmin materialın anonsunu vermək və oxucuları sabah maraqlı bir yazının dərc olunacağından xəbərdar etməkdir.