Ayətullah Əkbər Haşimi Rəfsəncani İranın nüvə proqramlarında nüvə silahının yerinin olmadığını bildirib
İİR servisi/Aran Agentliyi
Ayətullah Əkbər Haşimi Rəfsəncani İranın nüvə proqramlarında nüvə silahının yerinin olmadığını bildirib.
Tehranın bu həftəki cümə namazının xitabətçisi MAQATE-nin baş direktoru Məhəmməd əl-Bəradeinin İranın nüvə proqramı ilə bağlı təqdim etdiyi son hesabatına münasibət bildirib.
O deyib: Əl-Bəradeinin İranın nüvə proqramları haqda təqdim etdiyi bu ikili hesabat düşmənlərin müdaxiləsinə zəmin və bəhanə yaradır.
Ayət. Haşimi Rəfsəncaninin sözlərinə görə, İranın nüvə proqramları hərbi sahədə deyil. Ona görə də İİR. İranın nüvə proqramlarının əleyhinə olan tərəflərdən qalmaqal yaradaraq regionda vəziyyəti mürəkkəbləşdirməmələrini tələb etdi.
Tehranın bu həftəki cümə namazının xitabətçisi habelə çıxışının digər hissəsində fələstinli qrupların milli hökumətinin təşkilinə dayir səylərini müsbət qarşılayaraq deyib: Fələstin ilə qonşu ölkələr Qəzzəyə dəstək verərək 22 günlük müharibənin nəticəsində yaradılmış viranlıqların bərpa edilməsində məzlum Qəzzə əhalisinə dayaq durmalıdırlar.
Tehranın bu həftəki cümə namazının xitabətçisi çıxışının davamında İranlıların əzəmətli islam inqilabının 30-cu ildönümü münasibəti ilə təşkil etdikləri möhtəşəm yürüşlərində geniş iştirakına xatır öz təşəkkürünü bildirərək deyib: İslam İnqilabı düşmənlərinin apardıqları şantajlara rəğmən böyük İran xalqı növbəti dəfə özünün inqilabçı şüuru ilə İslam İnqilabı amalları və prinsipləri ilə əhd-peymanı təzələdi.
Haşimi Rəfsəncani iranlı mühəndis və mütəxəssislərin zəhmət və səyləri nəticəsində düzəldilmiş İranın milli Ümid peykinin kosmusa atılmasını böyük bir nailiyyət adlandırıb.