Təlabani ilə görüşən İran prezidenti Əhmədinejad, ''İran, Türkiyə, İraq və Suriya arasında dördlü əməkdaşlıq, barışın qalıcılığı və qardaşlığın möhkələnməsi baxımından çox əhəmiyyətlidir'' deyib
İİR servisi/Aran Agentliyi
İslam-Azerinin İran mətbuatına istinadən verdiyi xəbərə görə, Təlabani ilə görüşən İran prezidenti Əhmədinejad, ''İran, Türkiyə, İraq və Suriya arasında dördlü əməkdaşlıq, barışın qalıcılığı və qardaşlığın möhkələnməsi baxımından çox əhəmiyyətlidir'' deyib.
Əhmədinejad, İraq prezidenti Cəlal Təlabani ilə Tehranda görüşündə Tehran-Bağdat əlaqələri ilə regional mövzuları dəyərləndirib.
''Bölgə ölkələrinin başda iqtisadiyyat olmaqla hər sahədə əməkdaşlıq etmələri zərurətdir'' deyən Əhmədinejad, ''İran, Türkiyə, İraq və Suriya arasında dördlü əməkdaşlıq, barışın daimiliyi və qardaşlığın möhkəmlənməsi çox əhəmiyyətlidir'' deyib.
İran-İraq əlaqələrini ''tarixi və qardaşca'' deyə qiymətləndirən Əhmedinejad, iki ölkənin hər sahədəki əməkdaşlığının hər gün daha da artdığını qeyd edib. Əhmədinejad, İraqın təhlükəsizliyini təmin etmək və inkişaf yolunda əhəmiyyətli addımlar atdığını ifadə edib.
Təlabani də İraqın yenidən abadlaşmasında yardımından ötəri İran dövləti və xalqına təşəkkür edərək başladığı çıxışında, iki ölkə arasındakı əlaqələrin inkişaf etdirilməsinin qarşısında heç bir maneə olmadığını bildirib.