Tarix : 2009 Feb 27
Kod 10850

MALİYƏ BÖHRANI AZƏRBAYCANA Da TƏSİR EDİB

Elman Rüstəmov: “2008-ci ildə baş vermiş qlobal malliyə böhranı Azərbaycanda gedən iqtisadi proseslərə öz təsirini göstərib”
Azərbaycan servisi/Aran Agentliyi
Azərbaycan iqtisadiyyatı son beş ildə yüksək dinamika ilə inkişaf edib və dünya ölkələri arasında iqtisadi inkişafına görə liderliyini qoruyub.

SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Milli Bankı (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib. Onun sözlərinə görə, cari ilin ilk aylarında da iqtisadi artım davam edib. “2003-2008-ci illər ərzində Azərbaycan iqtisadiyyatında 22% orta iqtisadi artım qeydə alınıb. 5 il ərzində dövlət büdcəsi 9 dəfə, bank aktivləri isə 10 dəfə, kreditlər 12 dəfə, əmanətlər isə 8 dəfə artıb. Ölkənin valyuta ehtiyatları 11 dəfə artıb. 2008-ci ilə nəzər salsaq görərik ki, ötən il də iqtisadi artım ikirəqəmli olub. Qeyri-neft sektorunda 15.7% artım olub”,-deyə o qeyd edib.

E.Rüstəmov vurğulayıb ki, ötən il dünyada baş verən malliyə böhranı Azərbaycana da təsirsiz ötüşməyib. “2008-ci ildə baş vermiş qlobal malliyə böhranı Azərbaycanda gedən iqtisadi proseslərə öz təsirini göstərib. Başlıca olaraq, ölkə iqtisadiyyatı neft amili ilə bağlı olduğundan, neftin qiymətinin dünya bazarında kəskin aşağı düşməsi bizim iqtisadi gəlirlərimizə əhəmiyyətli dərəcədə təsir edib”-deyə E.Rüstəmov bildirib. E.Rüstəmov qeyd edib ki, cari il ərzində inflyasiyanın illik tempinin 5-6% səviyyəsində olacağı proqnozlaşdırılır. Onun sözlərinə görə, inflyasiyanın səviyyəsi ölkədə gedən iqtisadi aktivliklə müəyyənləşəcək. Hazırda isə inflyasiya 12% təşkil edir.
  • Yazılıb
  • da (də) 2009 Feb 27