İştirakçılar bildiriblər ki, Şavadze rəhbərliyin avqust hadisələri zamanı fəaliyyətinə neqativ münasibət bəslədiyini heç zaman gizlətməyib və buna görə də xüsusi təyinatlılar tərəfindən öldürülüb
Gürcüstan servisi/Aran Agentliyi
Tiflis polisi “7 noyabr” müxalifətçi gənclər hərəkatının təşkil etdiyi mitinqi dağıdıb. APA-nın “Novosti-Qruziya”ya istinadən yaydığı məlumata görə, 300 nəfərin iştirak etdiyi aksiya zamanı müxalifət Rustaveli prospektində nəqliyyatın hərəkətini dayandırmağa cəhd göstərib. Yalnız bundan sonra polis aksiyaya müdaxilə eləyib. Qeyd edək ki, aksiya gürcü hərbçi Roin Şavadzenin qətlə yetirilənlərin cəzalandırılması və daxili işlər naziri Vano Merabişvilinin istefası tələbi ilə keçirilib. İştirakçılar bildiriblər ki, Şavadze rəhbərliyin avqust hadisələri zamanı fəaliyyətinə neqativ münasibət bəslədiyini heç zaman gizlətməyib və buna görə də xüsusi təyinatlılar tərəfindən öldürülüb. Qeyd edək ki, Senak hərbi briqadasının kəşfiyyatçısı Roin Şavadze avqustun 16-da Batumidə öldürülüb. Medianın yazdığına görə, Şavadze münaqişə zonasından qayıtdıqdan sonra 20 nəfər şilahlı şəxs onun yanına gəlib və hərbçini özləri ilə aparıblar. Axşam isə Şavadzenin cəsədi tapılıb. Cəsəddə çoxsaylı işgəncə əlamətləri və güllə yaraları aşkarlanıb.