Tarix : 2009 Feb 28
Kod 10881

Azərbaycan R. şirkətləri ilə Total şirkəti arasında müqavilə imzalanıb

Fransanın Total şirkəti ilə Azərbaycan Respublikasının neft və qaz şirkətləri arasında müqavilə imzalanıb
Azərbaycan servisi/Aran Agentliyi

Fransanın Total şirkəti ilə Azərbaycan Respublikasının neft və qaz şirkətləri arasında müqavilə imzalanıb.
Bu müqavilə Bakının Abşeron neft sektorunda neft və qaz çıxarma məqsədi ilə imzalanıb.
Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevlə çox milliyyətli Total neft şirkətinin müavini Euliye Dairkarer arasında imzalanan bu müqaviləyə uyğun olaraq Fransanın bu şirkəti Xəzər dənizinin hövzəsində Bakı sahillərindən 10 km aralıda yerləşən Abşeron neft sektorunda 3-5 il ərzində bir ya iki quyu qazaraq orada neft və qaz kəşf etməyə başlayacaq.
Müqavilənin dəyəri neft və ya qaz kəşf etmə əməliyyatının mürəkkəb olduğuna görə 10 milyon dollar dəyərləndirilib.
Müqaviləyə uyğun olaraq Total şirkəti bu yatağın kəşf etmə xərclərini sadəcə olaraq Azərbaycan Respublikasının bu məntəqədə neft və qaz çıxarma əməliyyatına başlanandan sonra xərclənmiş pulları qaytarmaq şərti ilə qəbul edib.
ARDNŞ 2003-cü ildə dənizdən 6500 metr dərinlikdə aparılmış qazıntılar bu yataqda neft və qaz ehtiyatlarının kifayət qədər olmadığını göstərməsini əsas tutaraq Abşeronda neft çıxarma əməliyyatını səbəbsiz -deyə müqaviləni ləğv etdi.
Rəsmi Bakı iddia edir ki, Abşeron neft sektoru 100 milyon ton neft və 200 milyard kubmetr maye qaza malikdir.

  • Yazılıb
  • da (də) 2009 Feb 28