Nizami rayonunda beş mərtəbəli binada qaz sızması nəticəsində partlayış baş vermiş hadisə zamanı bir nəfər yaralanıb
Azərbaycan servisi/Aran Agentliyi
Dünan saat 12-radələrində Nizami rayonunda mənzillərdən birində partlayış baş verib.
ANS PRESS-in hadisə yerində olan müxbirinin məlumatına görə, partlayış Qara Qarayev prospekti 96 ünvanında yerləşən beş mərtəbəli binanın 71-ci mənzilində baş verib. Partlayış baş verən mənzil Vera Stanikova Leonidovnayə məxsus olub. Hadisə zamanı onun evdə olan və hamamda çimən oğlu, 1989-cu il təvəllüdlü Aleksand Stanikova Aleksandrov yanıq xəsarətləri alıb. Yaralı 5 saylı xəstəxanaya aparılıb.
İlkin məlumata görə, partlayışa səbəb hamamda olan su qızdırıcısından qaz sızması olub. Nəticədə mənzilin hamam otağı və mətbəxi ziyan görüb. Qonşu mənzillərə heç bir xəsarət dəyməyib. Nizam raoyn prokurorluğunun müstəntiqi Anar Abıyev ANS PRESS-ə bildirib ki, hadisənin dəqiq səbəbləri ekspetrlərin rəyindən sonra məlum olacaq.