Minlərlə insanın mitinqə qatılması hüquq mühafizə oqranlarının toplaşanlara Matenadaran qədim əlyazmalar institutunun qarşısına yaxınlaşmağa icazə verməsinə səbəb olub
Ermənistan servisi/Aran Agentliyi
Ermənistan müxalifətinin bu günə nəzərdə tutulan mitinqi baş tutub. "Armtoday" saytının məlumatına görə, əvvəlcə 1 mart hadislərinin qurbanlarının adları oxunub və onların xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
İrəvanın mərkəzində Matenadaran meydanında qədim əlyazmalar institutunun qarşısında keçirilən mitinqə müxalifətin lideri Levon Ter-Petrosyan da gəlib.
Mitinqdə çıxış edən L. Petrosyan bildirib ki, hakimiyyət 2008-ci il 1 mart hadislərindən dərs götürməyib, ölkənin demokratikləşməsi üçün heç bir addım atılmayıb və hazırda Ermənistan öz imicinə görə Zimbabve və Somali kimi ökələrlə bir yerdə sadalanır.
Onun sözlərinə görə, hakimiyyət xalqın müqavimətini qıra bilməyib, artıq xalq həbsxana və təqiblərdən qorxmur. Siyasi böhrana sosial-iqtisadi böhran da əlavə olunduğunan artıq hakimiyyətin seçim etmək və xalqla danışıq tonunu dəyişdirmək vaxtı çatıb.
Mitinqə 3-55 min adam toplaşıb. Daha sonra isə mitinq iştirakçıları bir il bundan əvvəl faciəvi hadisələrin baş verdiyi, nəticədə isə 10 nəfərin öldüyü yerə doğru yürüş edib. Polis mitinq iştirakçılarını müşayiət edib. Mitinq iştirakçıları "Müstəqil, Azad Ermənistan! Levon-prezident! Serjik-qatil!" kimi şüarlar səsləndiriblər.
Verilən məlumata görə, müxalifətə mitinqin keçirilməsi üçün rəsmi icazə verilməsə də, Erməni Milli Konqresinin mərkəzi ofisinin əlaqələndiricisi Levon Zurabyan Ermənistan Polisinin rəisinin müavini Aleksandr Afonyanla razılıq əldə edib və hüquq mühafizə oqranları toplaşanlara Matenadaran qədim əlyazmalar institutunun qarşısına yaxınlaşmağa icazə verib.
Qeyd edək ki, İrəvan meriyası müxalifətə İrəvanın mərkəzində mitinq keçirməyə icazə verməmişdi və əvəzində mitinqi şəhər ətrafında keçirməyi təklif etmişdi. Bu səbəbdən bu gün səhərdən polis İrəvanın mərkəzinə toplaşanların Matenadaran meydanınna axınının qarşısını almaq üçün bütün yolları bağlamışdı.
“Armtoday” saytının məlumatına görə, hakimiyyət mitinqə mümkün qədər az adamın gəlməsi üçün gücləndirilmiş iş rejiminə keçib. Bu gün səhərdən İrəvan istiqamətində gedən bütün marşrut taksiləri reysdən çıxarılıb. Yollar polis maşınları tərəfindən bağlanıb. İrəvana gələn bütün avtobuslar tamamilə boşaldılıb.
Erməni Milli Konqresinin mitinqlə bağlı yaydığı bəyanatda bildirilirdi ki, 1 mart hadisələrindən sonra hakimiyyət xalqın iradəsini qırmaq, real müxalifəti, demokratik azadlıqları məhv etmək üçün geniş zorakılığa əl atıb. «Amma bütün bunlara baxmayaraq ölkədə ümummilli hərəkat güclənir». Bəyanat müəllifləri ölkədəki siyasi böhrandan çıxmağın yeganə yolunun zorakılığın dayandırılması və siyasi məhbusların azadlığa buraxılmasında görüblər.