Tarix : 2009 Mar 01
Kod 10899

ABŞ İRAQDA UZUN MÜDDƏT QALMAQ NİYYƏTİNDƏDİR

İşğalçıların İraqda qaldığı hər gün İraq xalqına zərər verir
İİR servisi/Aran Agentliyi
Ayətulla Seyyid Əli Xamenei: «ABŞ hərbçilərinin İraqda uzun müddət qalması böyük təhlükədir»

 

 


İran İslam Respublikasının dini rəhbəri Ayətullah Xamenei, işğalçıların uzun müddət İraqda qalmasının İraqın gələcəyi baxımından böyük təhlükə açdığını bildirib.

İraq prezidenti Cəlal Talabanini qəbul edən Ayətullah Xamenei, iki ölkə arasındakı yaxşı əlaqələrin bölgədə sabitliyə xidmət etdiyinə bildirib. Bu barədə "Birlik-Azərbaycan" İA İsra-ya istinadən xəbər verir.

"İran İslam Respublikası İraq üçün dost bir ölkədir. İran, İraq hökumətinə dəstək olmaq, ölkənin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi üçün əlindən gələn hər şeyi edəcək" deyən Ayətullah Xamenei, İraqın zəngin bir ölkə olduğunu, maddi və mənəvi heç bir dəstəyə ehtiyacı olmadığını bildirib.

"İşğalçılar, uzun müddət İraqda qalmanın infrastrukturunu hazırlayırlar. Bu, İraq üçün böyük bir təhlükədir. İraqlı səlahiyyətlilər buna diqqət yetirməlidirlər" deyən Ayətullah Xamenei, "Xalqın Mücahidləri" adlı terror təşkilatının İraqdan sərhəd xaric edilməsini istəyob, Avropa Birliyiniin "Xalqın Mücahidlərini" münafiq terrir təşkilatının terror siyahısından çıxarmasını tənqid edib.

Seyyid Əli Xamenei İraq prezidenti Cəlal Tələbani ilə görüşdə deyib ki, rəsmi Bağdad, İraqla İran arasında yaxın əlaqələrə mane olmağa çalışan əcnəbilərin tələblərinə qarşı çıxmalıdır: «İşğalçılar İraqı tezliklə tərk etməlidir. Çünki onların mövcudluğu İraq xalqına zərər verir».
  • Yazılıb
  • da (də) 2009 Mar 01