İran, atom bombası istehsal edə biləcək texnologiyaya sahib olduğu iddialarını rədd edib
İİR servisi/Aran Agentliyi
İran, atom bombası istehsal edə biləcək texnologiyaya sahib olduğu iddialarını rədd edib.
İslam-Azerinin H3-ə istinadlı xəbərinə görə, İran Xarici işlər nazirliyi sözcüsü Həsən Kaşkavi, həftəlik adi mətbuat konfransında, nüvə enerji proqramına aid fikirləri dəyərləndirib.
Amerikalı bir hərbi rəsminin "İranın atom bombası istehsal edə biləcək gücdə olduğu" ifadəsi haqda çıxış edən Kaşkavi, "İranın müdafiə doktrinasında atom bombasının yeri yoxdur. Bu cür açıqlamalar elmi təməldən məhrum olub, siyasi və təbliğat məqsədlidir" deyib. Dünya mətbuatı da bu yalan informasiyanı yayıbdır.
İranın nüvə enerji proqrama Nüvə Silahların Yayılmasının Qarşısının alınması proqramı (NPT) yönündə və Beynəlxalq Atom Enerji Təşkilatı (UAEK) yoxlamasının davam etdiyini ifadə edən Kaşkavi, "İranın atom bombası istehsal etməsinin, NPT-dən çəkilməsi ya da yüksək dərəcədə uran zənginləşdirdiyinin isbatı ilə mümkün ola biləcəyini" deyib.