Tarix : 2009 Mar 03
Kod 10947

Hicab kimə mane olur?

Az R-nın bir sıra rayonlarında şagird və müəllimələri hicabla dərslərə buraxmamağa başlayıblar
Azərbaycan servisi/Aran Agentliyi
Az R-nın bir sıra rayonlarında şagird və müəllimələri hicabla dərslərə buraxmamağa başlayıblar. Bu barədə şikayətlər fevralın 27-dən daxil olmağa başlayıb. Bu zaman orta məktəb rəhbərləri yuxarıdan verilən göstərişə istinad edirlər. Bu barədə Turana DEVAMM-ın sədri, “Cümə” məscidinin imam-camaatı İlqar İbrahimoğlu bildirib.

Onun sözlərinə görə, Neftçala, Yevlax, Qazax Zərdab rayonlarından, habelə paytaxtın bəzi məktəblərindən belə şikayətlər daxil olub. Məktəb rəhbərləri bildirirlər ki, bu barədə şifahi tapşırıq alıblar.

“Turan”ın Təhsil Nazirliyindən şərh almaq cəhdləri nəticə verməyib. (TURAN)


DEVAMM-ın hicabla bağlı keçirilən monitorinqin ilkin nəticələri
2009-03-02 17:33:03

Xəbər verilidiyi kimi, keçən həftənin sonundan Azərbaycanın bir sıra bölgələrindən hicablı şagirdlərin valideynləri və hicablı müəllimələr tərəfindən DEVAMM-a şikayətlər daxil olmuşdur. Belə ki, daxil olan şikayətlərə görə məktəb direktorları və maarif şöbələrinin məsul şəxsləri orta məktəblərdə hicabda dərsə gələnlərə psixoloji təzyiqlər göstərirlər. Lakin bu gündən etibarən, mart ayının 2-dən Neftçala rayonunda 7 nəfər valideyin bildirir ki, məkətəb direktorları birmənalı olaraq şagirləri dərsə buraxmayıblar. Bununla yanaşı, hicablı müəllimələr də həmin məktəbə buraxılmayıb. Valideyinlərin Neftçala rayon icra hakimi Taleh Qaraşovun qəbulunda olmasına baxmayaraq, yaranmış problem öz həllini tapmamışdır.

Eyni zamanda, daxil olan məlumata görə Bakı şəhərinin Binəqədi rayonu 115 saylı orta məktəbinin direktoru və Hövsan qəsəbəsinin 248 saylı orta məktəbin direktoru da hicablı şagirdləri dərsə buraxmayıblar.

DEVAMM bəyan edir ki, belə hərəkətlər Azərbaycan Respublikası Konstitusiyasının 48-ci maddəsi ilə təsbit edilən vicdan azadlığının, Konstitusiyanın 42-ci maddəsi ilə təsbit edilən təhsil hüququnun, eyni zamanda, Azərbaycanın qoşulduğu BMT-nin Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktı, BMT-nin İnsan Haqları Ümumi Bəyannaməsi, İnsan Hüquqları və Əsas Azadlıqlarının Müdafiəsinə dair Avropa Konvensiyası ilə birmənalı olaraq təsbit edilən əqidəsinə uyğun zahiri görünüşə malik olmaq hüququnun kobud surətdə pozulması deməkdir.
DEVAMM prosesin monitorinqini davam etdirməklə yanaşı, artıq müvafiq hüquq-müdafiə tədbirlərini həyata keçirtməyə başlamışdır. Monitorinqin nəticələri haqqında davamlı olaraq məlumat veriləcəkdir.
 
  • Yazılıb
  • da (də) 2009 Mar 03