Gürcüstanın sabiq baş naziri, hazırda isə müxalifətçi «Ədalətli Gürcüstan naminə hərəkat» partiyasının lideri Zurab Noqaideli prezident Mixail Saakaşvilini vətənə xəyanətdə ittiham edib
Gürcüstan servisi/Aran Agentliyi
«Yeni Şərq»in RİA «Novosti» agentliyinə istinadən verdiyi məlumata əsasən, Gürcüstanın sabiq baş naziri, hazırda isə müxalifətçi «Ədalətli Gürcüstan naminə hərəkat» partiyasının lideri Zurab Noqaideli prezident Mixail Saakaşvilini vətənə xəyanətdə ittiham edib.
Bu, siyasətçinin son iki həftə ərzində dövlət başçısına qarşı irəli sürdüyü ikinci iddiadır. Daha öncə Noqaideli prezidenti «İmedi» teleşirkəti ilə gizli sövdələşmələrdə və silah alverində ittiham etmişdir.
Onun sözlərinə görə, Saakaşvili və DİN başçısı Vano Merabaşvili 2007-ci ildə silah almaq üçün ayrılan pulları mənimsəyiblər.